Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:43

Heydər Əliyevin xeyir-dua verdiyi binanı kim sökdürür?


Heydər Əliyev bina sakinlərinə order və açarları təqdim edir.
Heydər Əliyev bina sakinlərinə order və açarları təqdim edir.

►"Belə çıxır ki, o vaxt Heydər Əliyevi də aldadıblar?"

19 mərtəbəli bina 15 il əvvəl keçmiş prezident Heydər Əliyevin xeyir-duası və iştirakı ilə istifadəyə verilib.

Ötən il iyunun 18-də isə Xətai rayon Məhkəməsi Bakı Şəhər İcra Hakimiyyətinin iddiası əsasında binanın sökülməsi barədə Qətnamə çıxarıb

“Bina istifadəyə tam yararlıdır. Sadəcə, bu yer əlverişli olduğuna görə, kimsə göz dikib. Bu boyda binanı sökdürüb yerində möhtəşəm tikililər yaratmaq istəyirlər. 19 mərtəbəli binanın yüzlərlə sakininin mülkiyyət hüququ kobud şəkildə pozulur”.

CƏMİ BİR TƏHLÜKƏSİZLİK PİLLƏKƏNİ

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Babək prospekti 8 ünvanda yerləşən 19 mərtəbəli yaşayış binasının sakini Elməddin Səfərov deyir.

Sakin binanın ətrafında baş verən olaylardan danışır. Deyir, 2014-cü ilin dekabrında Bakı şəhər İcra Hakimiyyəti hündürmərtəbəli yaşayış binasının qəzalı vəziyyətdə olub-olmamasının yoxlanılması üçün məktubla Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib. Qurumun bu addımı sakinləri təəccübləndirib. Çünki həmin məktuba qədər binanın durumuyla bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən heç bir baxış keçirilməyib.

2015-ci ilin aprelində FHN-nin binanın durumuna görə verdiyi rəydə qeyd olunur ki, ərazidə aparılmış geoloji işlər binanı qəzalı vəziyyətə salıb. Bundan başqa, bina müasir memarlıq üslubuna cavab vermir, yaşayış sahələri kiçikdir, binada cəmi bir təhlükəsizlik pilləkəni var. Bu pilləkənsə standarta cavab vermir.

Buna da bax: Maşın ehtiyat hissələri bazarında etiraz aksiyası

“BİNANIN ALTINA QRUNT SULARI YIĞILIB”

19 mərtəbəli bina 15 il əvvəl keçmiş prezident Heydər Əliyevin xeyir-duası və iştirakı ilə istifadəyə verilib. Ötən il iyunun 18-də isə Xətai rayon Məhkəməsi Bakı Şəhər İcra Hakimiyyətinin iddiası əsasında binanın sökülməsi barədə Qətnamə çıxarıb.

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmədə iddiasını belə əsaslandırıb ki, şəhərdə aparılan irimiqyaslı söküntü, tikinti işləri nəticəsində binanın altına qrunt suları yığılıb, binaya baxış keçirilib və qəzalı vəziyyətdə olması müəyyən edilib.

Məhkəmə FHN-nin binanın altına qrunt suları yığılması nəticəsində qəzalı vəziyyətə düşməsinə dair verdiyi rəyə əsaslanıb.

Məhkəmə qərarı sakinləri narahat etməyə başlayıb.

Buna da bax: Norveç neftin ucuzlaşmasından necə faydalanır

BİZNES MƏRKƏZİ İŞTAHI

Onlar nə məhkəməyə, nə də qurumların rəyinə inanmır. Hesab edirlər ki, binanın yerləşdiyi əraziyə kimsə göz dikib. Sakinlər iddia edir ki, özləri araşdırma aparıblar və üzə çıxarıblar ki, Heydər Əliyev Mərkəzinin bir addımlığındakı yaşayış binasının sökülməsi qərarı əslində qrunt sularına yox, bir işadamının ərazidə iri biznes mərkəzi tikməsi iştahına bağlıdır. Binanın ətrafı da biznes mərkəzləri ilə əhatəlidir.

Bina sakini Süleyman Abbasov:

“Rəydə göstərilənlər yalandır. Heydər Əliyev şəxsən özü sakinlərə mənzillərin order və açarlarını təqdim edərkən dedi ki, bina müasir memarlıq və şəhərsalma qaydalarına tam surətdə cavab verir. Müasir üslubda inşa edilib, bütün tikinti norma və qaydalarına tam cavab verir. Belə çıxır ki, o vaxt Heydər Əliyevi də aldadıblar? O özü binanın açılışı vaxtı sakinlərə dedi ki, “siz sakinlərə tövsiyəm budur ki, bu binanı qoruyasınız””.

İndi sakinlər vaxtilə Heydər Əliyevin onlara etdiyi tövsiyələrə əməl etməkdə acizlik çəkir. Çünki binanın sökülüb-sökülməməsi onların iradəsinə bağlı deyil. Ancaq sakinlər mənzillərini tərk etmək fikrindən də uzaqdırlar.

XS
SM
MD
LG