Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:53

Binaların zirzəmilərinə doluşan itlər sakinlərə qənim kəsilib


Sahibsiz it
Sahibsiz it

«Zirzəmi yırtıcı itlərlə doludur. Birinci mərtəbəyə düşən adam birtəhər canını götürüb qaçır. Neçə uşağı it tutub, həmin uşaqlar xəstəxanaya götürülüb, vaksinasiya olunub».

Bayram Zamanov AzadlıqRadiosuna Köhnə Günəşli, İnqilab İsmayılov küçəsindəki 30 saylı binadan danışır. O, yaşadığı binanın alt mərtəbəsinə və zirzəmisinə toplaşan, hər gün sayı artan vəhşi itlərin insanların həyatı üçün təhlükəyə çevrildiyini deyir:

«BİR ƏLAC ETSİNLƏR»

«İcra hakimiyyətinə, Mənzil İstismar Sahəsinə dəfələrlə müraciət etmişik. Deyirlər, «it məsələsinə biz baxmırıq. Yığın maşına, aparın, azdırın». Ancaq bu itlərə heç yaxın düşmək olmur, o ki qala, maşına yığıb aparasan... Yay vaxtıdır, uşaqlar, qocalar həyətə düşüb «besedka»arda oturmaq, istirahət etmək istəyir, itlərin hücumuna məruz qalırlar. Həyət bomboşdur, adamlar qaçıb bloklara girib qapıları arxadan bağlayırlar ki, it arxalarınca cummasın. Buna bir əlac etsinlər».

Bina sakini Könül Əmiraslanova deyir, səhər saatlarında özü və azyaşlı uşaqları canını götürüb qaça bilsə də, yırtıcı it qonşu binadan çıxan uşağı dişləyib:

Bakıda "heyvan sevgisi"nin iki fərqli üzü...
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

«Keçən ay səhər binadan çıxmaq istəyəndə zirzəmidəki itlər üstümüzə atıldı, qaçıb maşınımıza girdik. İt bizdən əl çəkib, bu vaxt qonşu binadan çıxan və səhər məktəbə gedən uşağa cumdu, qolundan dişlədi. Axşam eşitdik ki, uşağın vəziyyəti ağırdır, qızdırmadan yanır. İnanın ki, soruşmağa ürəyim gəlmir ki, o uşağın axırı necə oldu».

«NİYƏ İTLƏR MƏHZ HƏMİN HƏYƏTƏ DADANIR?»

Sakinlərin deməsinə görə, təkcə 30-cu binanın yox, bəzi qonşu binaların da zirzəmisi vəhşi itlərin daldalanacağına çevrilib. Əvvəllər bu itlər binaların həyətindəki kiçik bağçalara girib toyuq-cücələrə qənim kəsilirmiş. Su idarəsinin fəhlələri zirzəmidəki su xətlərini yeniləyəndən sonra zirzəmilərin qapısı bağlanmır. İtlər də bağçalardan zirzəmilərə «köçüb». Bir müddət əvvəl idman yarışlarına görə həyətlərdə təmizlik işləri aparılanda itlər də yoxa çıxıb. Ancaq sonradan yenə həyətə kütləvi dadanıblar.

Xətai rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, vəhşi itlərin küçələrdən yığışdırılması üçün rayonun baytarlıq xidmətinə məlumat veriləcək:

«Ola bilsin, bir-iki it var, ancaq vəziyyətin o qədər də faciəli olduğu barədə deyilənlər həqiqətəuyğun deyil. Biz də öz tərəfimizdən baytarlıq xidmətinə müraciət edərik, ərazidə yoxlama aparar. Üstəlik də, necə olur ki, bu vəhşi itlər məhz həmin həyətə dadanır? Demək ki, sakinlər orda bir natəmizlik yaradıb, itlər də ora dadanıb».

Nə qədər ki, faciələr baş verməyib, sakinlər yırtıcı itlərdən xilas olmaq istəyirlər.

XS
SM
MD
LG