Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:35

ABŞ Dövlət katibi İlham Əliyevlə danışıb


ABŞ dövlət katibi Entoni Blinken (sağda) və Azərbaycan prezidenti İlham Əliyev
ABŞ dövlət katibi Entoni Blinken (sağda) və Azərbaycan prezidenti İlham Əliyev

ABŞ dövlət katibi Entoni Blinken (Antony J. Blinken) Azərbaycan prezidenti İlham Əliyevə zəng edi.

Dövlət Departamentinin saytındakı məlumatda deyilir ki, Blinken söhbət zamanı Əliyevi Laçın dəlizinin mülki nəqliyyatın hərəkəti üçün dərhal açılmasına çağırıb.

O vurğulayıb ki, Laçın dəhlizində humanitar böhran riski Ermənistan və Azərbaycan arasında sülhün perspektivlərinə ziyan vurur.

Dövlət katibi prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələri üçün səylərini ikiqat artırmağa çağırıb.

O habelə Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq ifadə edib.

Avropa rəsmisi Yerevanda "Laçın dəhlizi"ni müzakirə edir. Qazın kəsildiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Azərbaycan tərəfinin məlumatı

Telefon danışığı ilə bağlı Azərbaycan Prezidentinin mətbuat xidməti də məlumat yayıb.

Həmin məlumata görə, isə İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edib.

O deyib ki, 2022-ci il dekabrın 12-dən 980-nə yaxın nəqliyyat vasitəsi bu yoldan keçib. O, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olduğunu deyib.

Eyni zamanda, Azərbaycan prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb.

“Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına əsasında təmin olunacağını qeyd edib”, məlumatda bildirilir.

Laçın dəhlizində

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Qarabağ tanınmayan qurumun “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan söyləyib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG