Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:40

Blinken: Nə edəcəyini yalnız Putin bilir, ABŞ bütün variantlara hazırdır


ABŞ dövlət katibi Entoni Blinken yanvarın 27-də AzadlıqRadiosuna Skype vasitəsilə müsahibə verib
ABŞ dövlət katibi Entoni Blinken yanvarın 27-də AzadlıqRadiosuna Skype vasitəsilə müsahibə verib

Dövlət katibi bildirib ki, Rusiya bundan sonra da “təcavüz yolunu” seçərsə, onu bunun “çox böyük nəticələri” gözləyir

ABŞ və NATO yanvarın 26-da Rusiyanın narahatlıqları ilə bağlı tələblərinə yazılı cavabı Moskvaya təqdim ediblər.

Yanvarın 27-də AzadlıqRadiosuna müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Rusiyanın Ukrayna və Avropada təhlükəsizlik nizamı ilə bağlı tələblərinə ABŞ-ın verdiyi cavaba münasibətini hələ də bilmir.

O bildirib ki, Rusiya bundan sonra da “təcavüz yolunu” seçərsə, onu bunun “çox böyük nəticələri” gözləyir.

Yanvarın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın cavab məktubu barədə danışarkən demişdi ki, bu sənəddə dialoqun davam etdirilməsinin mümkünlüyünü göstərən məqamlar var, lakin Moskva özünün əsas tələblərinə qənaətbəxş cavab almayıb.

Entoni Blinken bununla bağlı suala cavab verərkən deyib ki, Vaşinqtonu indiki vəziyyətdə yalnız bir adamın fikri maraqlandırır:

“Mən onlara təqdim etdiyimiz sənədə və NATO-nun onlara təqdim etdiyi sənədə Rusiyada müxtəlif adamların çoxsaylı reaksiyası barədə eşitmişəm. Lakin diqqətəlayiq olanı prezident Putinin cavabıdır. Rusiya tərəfi bildirir ki, sənəd artıq onun masasının üstündədir və biz cavab gözləyirik. Mən əminəm ki, bu cavab yaxın gələcəkdə xarici işlər naziri Lavrov və ya bir başqaları vasitəsilə bizə çatdırılacaq. Ən böyük əhəmiyyəti olan budur”.

Bütün şimali Atlantika regionuna təhlükə

Blinken deyib ki, cavab məktubunda ABŞ onun və onun müttəfiqlərinin Rusiyanın etdiyi və hazırda davam etdirdiyi hərəkətlərlə bağlı narahatlığını ifadə edib.

ABŞ dövlət katibi deyib ki, bu hərəkətlər bütöv şimali Atlantika regionunun təhlükəsizliyinə hədə yaradır:

“Odur ki, hazırda məsələ bundan ibarətdir ki, prezident Putin hansı yolu seçəcək. O kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə çalışılması üçün konstruktiv diplomatiyanın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı anlaşmanımı seçəcək? Yoxsa Rusiyanın Ukraynaya qarşı təcavüzünü davam etdirəcək? Biz hər iki varianta hazırıq”.

Putinin hansı yolu seçə biləcəyinə dair ehtimalları barədə sualın cavabında Blinken deyib:

“Mən çox istərdim ki, bunu bilim. Mən təkrar edirəm ki, sizə Kremlin nəyə nail olmaq istədiyinə dair suala yeganə bir adam cavab verə bilər. Bu, prezident Putindir. Düşünmürəm ki, kimsə başqa birisi bunu bilir. Ola bilsin ki, heç Putinin özü də hazırda bunu bilmir. Çünki onun keçmişdə yanaşması belə olub. Bu indi də onun problemə yanaşmasını müəyyənləşdirir: O gələcək hərəkətlər üçün çox sayda variantlar yaradır. Bu, hərəkətlərin bütöv bir palitrasıdır. Siz bu spektrin yalnız bir hissəsini göstərə bilərsiniz”.

Ukraynada mülki işçilərə də hərbi təlim keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Rusiyanın keçmişdə etdiklərinə baxmaq lazımdır

Blinken deyib ki, Rusiya hazırda Ukrayna sərhədlərində nəhəng hərbi qüvvə və texnika cəmləşdirib.

Dövlət katibinin sözlərinə görə bu, Rusiyaya Ukraynaya şimaldan, cənubdan və şərqdən, hətta qərbdən də hücum etmək imkanı verir.

Blinken bildirib ki, bundan başqa Rusiyanın Ukraynada çevrilişə təhrik etmək üçün aldadıcı hərəkətlər, Moskvanın etdiyinə haqq qazandırmaq üçün təxribatı nəzərdə tutan hibrid hücum metodları da var:

“Odur ki, biz əslində Rusiyanın nə edəcəyini bilmirik. Biz bilmirik ki, o mənim sadaladıqlarımdan hansına isə əl atacaqmı? Biz yalnız onu edə bilərik ki, tarixən şahidi olduğumuz faktlara əsaslanaq. 2008-ci ildə Rusiya Gürcüstana soxulub. 2014-cü ildə o Krımı qəsb edib və Donbasa girib. Bu təhlükələr bugün də qalır. İndi isə Rusiya Ukrayna ilə sərhəddə çox böyük qüvvə cəmləşdirib. Bu bizim nəzərə almalı olduğumuz faktlardır. Amma artıq qeyd etdiyim kimi, Rusiya hansı yolu seçsə də, istər bizim üstünlük verdiyimiz diplomatik əməkdaşlıq, dialoq olsun, istərsə də yeni təcavüz aktları, biz bütün hallara hazırıq”.

XS
SM
MD
LG