Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:08

Azərbaycanda ən az Yardımlı rayonu sakinləri boşanır


Boşanma qaydaları dəyişdi. 300 nəfər yeni işdə
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Boşanma qaydaları dəyişdi. 300 nəfər yeni işdə

Ötən il Azərbaycanda 17 min 191 boşanma qeydə alınıb. Bu, indiyədək bir il ərzində qeydə alınmış ən yüksək göstəricidir və o deməkdir ki, ölkədə hər gün 47 cütlük boşanır. Boşanmaların toplam sayı artsa da, əhalinin hər min nəfərinə düşən boşanma sayı 2019-cu ildəki göstərici ilə eyni olub – 1.7. Bu da bilinir ki, şəhərlərdə boşanma əmsalı kəndlərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il şəhərlərdə yaşayan hər min nəfərə 2.1 boşanma qeydə alınıb. Kəndlərdə həmin göstərici 1.3-dür.

Cədvəl: 1991-2021-ci illərdə Azərbaycanda qeydə alınan toplam və əhalinin hər min nəfərinə düşən boşanma sayları

İl

Boşanma sayı

Əhalinin hər min nəfərinə düşən boşanma sayı

1991

10 min 676

1.5

1996

5 min 598

0.7

2001

5 min 382

0.7

2006

7 min 817

0.9

2011

10 min 747

1.2

2016

13 min 114

1.4

2017

9 min 780

1.5

2018

9 min 849

1.5

2019

11 min 210

1.7

2020

9 min 531

1.5

2021

11 min 226

1.7

Boşanma saylarını inzibati rayon və şəhərlər üzrə gözdən keçirdikdə ölkənin regionları arasında fərqli nəticələr üzə çıxır. Toplam boşanma sayına görə ölkədə lider paytaxt Bakıdır. Ötən il Bakıda 5 min 322 boşanma qeydə alınıb. Bu, il ərzində ölkədə qeydə alınan bütün boşanmaların 31 faizi deməkdir. Toplam boşanma sayına görə növbəti yerləri Gəncə (753 boşanma), Sumqayıt (742 boşanma), Ağdam (470 boşanma) və Abşeron (416 boşanma) şəhər və rayonları tutub.

Əhalinin hər min nəfərinə düşən boşanmalara görə Qubadlı liderdir

Ancaq boşanma sayı ilə bağlı real göstəriciləri bilmək üçün toplam boşanma sayı yox, hər min nəfərə düşən boşanma sayı daha real mənzərə yaradır. Bu baxımdan ölkədə əhaliyə nisbətdə ən çox boşanma qeydə alınan rayon Qubadlıdır. Ötən il hər min Qubadlı sakininə düşən boşanma sayı 2.7 olub. Bu, ölkə üzrə orta göstəricidən 60 faiz daha yüksək göstəricidir. Xocalı və Ağdam rayonları, eləcə də Mingəçevir və Bakı şəhərləri də əhalinin hər min nəfərinə düşən boşanma sayına görə ön sıralardadır.

Cədvəl: Əhalinin hər min nəfərinə düşən boşanma sayına görə ilk 10 rayon və şəhər

Bölgə

Əhalinin hər min nəfərinə düşən boşanma sayı

Qubadlı rayonu

2.7

Xocalı rayonu

2.5

Bakı şəhəri

2.3

Ağdam rayonu

2.3

Mingəçevir şəhəri

2.3

Gəncə şəhəri

2.2

Şuşa rayonu

2.2

Zəngilan rayonu

2.2

Sumqayıt şəhəri

2.1

Ən az boşanma harada qeydə alınıb?

Ötən il ölkədə toplam boşanma sayının ən az olduğu rayonlar Naftalan (22 boşanma), Sədərək (23 boşanma) və Xızıdır (25 boşanma). Boşanma üzrə əhalinin hər min nəfərinə nisbətdə ən aşağı göstərici qeydə alınan bölgə isə Yardımlıdır. Burada hər min nəfərə düşən boşanma göstəricisi cəmi 0.6-dır. Bu, ölkə üzrə orta göstəricidən təxminən üç dəfə aşağı nəticə deməkdir. Qobustan, Cəlilabad və Lerik hər min nəfərə düşən boşanma sayının 1-dən az olduğu digər rayonlardır.

Cədvəl: Əhalinin hər min nəfərinə düşən boşanma sayına görə ən aşağı göstəricili ilk 10 rayon və şəhər

Region

Əhalinin hər min nəfərinə düşən boşanma sayı

Yardımlı rayonu

0,6

Qobustan rayonu

0,8

Cəlilabad rayonu

0,9

Lerik rayonu

0,9

Biləsuvar rayonu

1

Sədərək rayonu

1

Sabirabad rayonu

1,1

İmişli rayonu

1,1

Göyçay rayonu

1,1

Saatlı rayonu

1,1

Əhalinin hər min nəfərinə düşən boşanma saylarını iqtisadi rayonlar üzrə gözdən keçirdikdə aydın olur ki, ölkənin iki iqtisadi rayonunda – Dağlıq Şirvan və Mil-Muğan iqtisadi rayonlarında bu göstərici 1.2 həddindədir. Bu göstərici ilə həmin iqtisadi rayonlar ölkə üzrə ən aşağı boşanma göstəricili regionlardır. Xatırladaq ki, Dağlıq Şirvan iqtisadi rayonuna Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları daxildir. Mil-Muğan iqtisadi rayonu isə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından ibarətdir.

Abşeron yarımadasından kənarda ən yüksək boşanma göstəricisi qeydə alınan iqtisadi rayon Gəncə-Daşkəsəndir. Bu bölgədə əhalinin hər min nəfərinə 2 boşanma sayı düşür. Sözügedən iqtisadi rayonun tərkibinə Gəncə və Naftalan şəhərləri, eləcə də, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları daxildir.

XS
SM
MD
LG