Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:50

Britaniya Avropada ilk dəfə olaraq laboratoriya ətinin satışına icazə verib


Avropa laboratoriyalarından birində süni yetişdirilmiş ət (Arxiv fotosu)
Avropa laboratoriyalarından birində süni yetişdirilmiş ət (Arxiv fotosu)

Britaniya laboratoriyada süni ətin istehsalına və satışına Avropada icazə verən ilk ölkə olub.

The Guardian qəzeti yazır ki, bu ətdən hələlik yalnız heyvanlar üçün yem kimi istifadə olunmasına icazə verilib.

Qəzet yazır ki, bu icazədən sonra mağazaların piştaxtalarında laboratoriyada yetişdirilmiş toyuq ətinin konservləri görünəcək.

Xəbərdə deyilir ki, süni ətin yetişdirilməsi üçün əsas kimi yumurta preparatı götürülür və kütlə vitamin və amin turşuları ilə zənginləşdirilir.

Daha sonra alınmış kütlədən xüsusi qablarda paştetəbənzər material yetişdirilir.

Xəbər verilir ki, süni yetişdirilmiş ət konservlərinin ilk tənəkələri artıq bu il satışa buraxılacaq.

Bundan sonra şirkət diqqətini istehsal xərclərinin azaldılmasına yönəldəcək. Məsələn, paştet materialına tərəvəz qatılacaq.

Dünyada ət yemləri istehsalının sənaye templərinə çatdırılması üçün məhz belə metodlardan istifadə olunur.

Ekspertlər laboratoriya ətinə tələbatın böyük olacağını düşünürlər. Getdikcə daha çox heyvan sahibi etik və ekoloji mülahizələrə görə təbii ətdən yem kimi istifadəyə qarşı çıxır.

Heyvanlar üçün ət yemləri hazırlayan sənaye atmosferə böyük həcmlərdə istixana qazı buraxır.

Hazırda dünyanın müxtəlif ölkələrində yüzdən çox şirkət süni ət istehsalı üzərində işləyir.

Laboratoriya ətinin satışına Britaniyadan başqa yalnız Sinqapur, ABŞ və İsraildə icazə verilib.

XS
SM
MD
LG