Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:48

Büdcə-2017: Sosial xərclərdən kəsilib, tikintiyə artırılıb... [video]


2017-ci ilin büdcəsində çörək əvəzinə kərpic
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

2018-ci ilin büdcəsində çörək əvəzinə kərpic

2017-ci ilin dövlət büdcəsi parlamentin müzakirəsinə təqdim olunub. Amma ilk büdcə layihəsindən fərqli... Səhiyyə, elm, sosial müdafiə və digər xərclər azaldılıb. Tikinti və müdafiə xərcləri artırılıb.

"2017-ci ildə də büdcəmiz sosial yönümlü olmalıdır"

Prezident İlham Əliyev 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş iclasda gələn ilin büdcəsində sosial xərclərin azaldılmadığını vurğulamışdı:

"Gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaitləri təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosial yönümlü olmalıdır. Əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır".

Buna da bax:​ Büdcə qanunu Milli Məclisə gecikib

İlham Əliyev infrastruktur layihələrinin icrasının önəmindən danışıb. Bildirib ki, infrastruktur layihələrinə dövlət investisiya ayırmasaydı bu gün turizm, kənd təsərrüfatı və digər sahələr inkişaf edə bilməzdi.

Konstitusiyaya görə, dövlət büdcəsinin layihəsini parlamentə Azərbaycan prezidenti təqdim edir. Qanuna əsasən, Milli Məclis üzvlərinin dekabrın 20-dək büdcə layihəsini müzakirə etmək imkanları var.

Maliyyə Nazirliyi 2017-ci ilin büdcə layihəsini sentyabrda açıqlamışdı. Büdcə parlamentə bir ay gec təqdim olunub.

Buna da bax: Azərbaycanda tikintiyə 45 milyard

Sosial sahədən kəsilib tikinti və müdafiəyə əlavə olunub

İqtisadçı Rövşən Ağayev yenilənmiş büdcə layihəsi ilə köhnəni müqayisə edib. Məlum olub ki, 15-yə yaxın sahə üzrə ümumilikdə 1,7 milyard vəsait ixtisar olunaraq, tikinti və müdafiə xərclərinə əlavə olunub. İxtisar olunan xərclər səhiyyə, elm, təhsil, sahibkarlığa dəstək, kənd təsərrüfatı və digər sahələrdə olub.

Hələ ilkin büdcə layihəsini müzakirə edən müstəqil ekspertlər 2017-ci ildə dövlət müəssisələrində ciddi ixtisarlar aparılacağını, maaş və təqaüdlərdə artım olmayacağını, iqtisadi durumun daha da geriləyəcəyini gözləyirdilər. Bəs, bu xərclər bir qədər də azaldılandan sonra gələn ilə proqnozlar nədir?

Buna da bax:​ Büdcə kəsiri azalıb. Amma...

Son 5 ilin ən kiçik büdcəsi

2017-ci ilin büdcəsi son 5 ilin ən kiçik büdcəsidir. Gəlirləri 15 milyard 955 milyon manat, xərcləri 16 milyard 600 milyon manat. Iqtisadçı Qubad İbadoğlu hesab edir ki, büdcə məhdud olduğundan daha çox cari xərcləmələrə yönəlib. Amma bununla belə büdcədə yenə israfçılıq var, bəzi sahələrdə xərclər ixtisar oluna bilərdi. Qubad İbadoğlu dövlət aparatlarının saxlanması xərclərini buna misal çəkir. Gələn ilə gözləntiləri isə belədir:

"Regional maliyyələşdirmə sahəsində çətinlik olacaq. Regionların sosial-iqtisadi inkişafında büdcənin rolu aşağı düşəcək. İkincisi, iş yerlərinin bağlanması fiziki şəxslərin gəlir vergisini tam şəkildə ödəməsinə imkan verməyəcək, həm də sosial müdafiə fonduna ayırmalarda çətinliklər yaradacaq. Bu da pensiya və maaşların gecikməsinə səbəb ola bilər".

Qubad İbadoğlu bildirir ki, dünya bazarında neftin qiymətinin artıb, azalması büdcəyə ciddi təsir edəcək. Çünki büdcənin yarısı neft gəlirlərindən formalaşıb. Gələn il neft ucuzlaşarsa, büdcəyə yenidən baxıla və xərclər bir az da azaldıla bilər.

Buna da bax: 'Dövlət büdcəsini doldurmaq ciddi problemə çevrilir'

2017-ci ilin dövlət büdcəsində tikinti və müdafiə xərcləri artırılıb, təhsil və səhiyyə xərcləri azaldılıb. Belə büdcə bölgüsü ilə nə qədər razısız? Bunu Bakı sakinlərindən soruşmuşuq.

Sorğunu dinlə:

Sosial xərcləri azaldıb, tikinti və hərbi xərcləri artırmağa necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

2014-cü ilin avqustundan dünya bazarında neft ucuzlaşmağa başlayıb. Bu da özəlliklə, iqtisadiyyatı neftdən asılı olan ölkələr kimi Azərbaycanda da təsirsiz ötüşməyib. Gəlirlər azalıb, ölkədə iqtisadi böhran yaşanır.

XS
SM
MD
LG