Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:46

10 ilin ən aşağı müdafiə büdcəsi


İlham Əliyev müdafiə nazirliyinə aid bir qərargahda
İlham Əliyev müdafiə nazirliyinə aid bir qərargahda

“2017-ci ilin dövlət büdcəsinin ən zəif həlqəsi müdafiə büdcəsi hesab oluna bilər”.

İqtisadçı Qubad İbadoğlu belə hesab edir.

Ekspert deyir ki, gələn ilin dövlət büdcəsində müdafiə xərcləri son 10 ildə ən aşağı səviyyəyə düşəcək.

“Proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müdafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq 1 milyard 615 milyon manat (hazırkı məzənnə ilə 1 milyard dollar) təşkil edəcək. Bu göstərici, son 10 ildə, yəni 2007-ci ildən sonra ən aşağı səviyyəni xarakterizə edir”, ekspert deyib.

Buna da bax:​ Dövlət büdcəsi kiçilir: Azərbaycan 2008-ci ilə qayıdır

Q.İbadoğlunun fikrincə, regionda vəziyyətin gərginləşdiyi və Ermənistanın Azərbaycanla hərbi qarşıdurmasının gücləndiyi şəraitdə müdafiə xərclərinin kəskin azaldılması narahatlıq doğurmalıdır.

“Eyni zamanda nəzərə almaq lazımdır ki, son zamanlar istehlak bazarında sürətlə artan qiymətlər, manatın kəskin devalvasiyası hərbi qulluqçuların həyat şəraitini pisləşdirməkdədir. Həmçinin, silahlı qüvvələrin müdafiə qabiliyyətinin artırılması və yeniləşdirilməsi valyutaya olan tələbatı artırmaqdadır”.

Ekspert belə durumda çıxış yolu kimi müdafiə vergisinin tətbiqini aktual sayır.

“Müdafiə xərclərinin kəskin azalmasının, hərbi qulluqçuların əmək haqlarının ixtisarının qarşısının alınmasının çıxış yolu gələn ildən etibarən müdafiə vergisinin tətbiq edilməsi ola bilər. Fikrimizcə, bu vergi növü əməyin ödənilməsi fondundan (1-2 faiz) şamil edilməklə, yığılan vəsait müdafiə nazirliyinə ayrılmalıdır. Onlar xərcləri ilə gəlirlərini tarazlaşdıra bilsinlər”, deyən ekspert əlavə edib ki, müharibə şəraitində olan bir çox ölkələrdə anoloji vergi növü müxtəlif adlarla (müharibə, ordu, müdafiə və sair) tətbiq olunur.

Buna da bax:​ Yeni büdcə: Hökumət vədini tuta bilmir?

Sentyabrın 29-da Maliyyə Nazirliyi öz saytında 2017-ci ilin dövlət büdcəsinin layihəsini yerləşdirib.

Dövlət büdcəsinin gəlirləri 15.9, xərcləri isə 16.6 milyard manat proqnozlaşdırılır.

2016-cı ilin büdcəsində gəlirlər 16.5, xərclər isə 18.3 milyard manat müəyyən edilmişdi.

XS
SM
MD
LG