Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:02

Birləşmiş Ştatlarda üçüncü dozanın vurulmasına tezliklə başlana bilər


Nyu York
Nyu York

Britaniya hökuməti gələn aydan gecə klublarına giriş və iri toplantılar üçün vaksin pasportları tələb olunacağını açıqlayıb

ABŞ-da tənzimləyici orqanlar COVID-19-a qarşı Pfizer/BioNTech vaksininin üçüncü (buster) dozasının vurulmasına tezliklə icazə verəcək. Bunu hökumətin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti deyir.

Dr. Entoni Fauçinin sözlərinə görə, ayın sonuna Pfizer/BioNTech buster dozalarının çatdırılmasına başlana bilər. Moderna vaksinlərinin buster dozasına icazə və çatdırılması isə daha çox çəkə bilər.

Busterlər təhlükəsizdir

Fauçi hər iki busterin təhlükəsiz olduğunu vurğulayıb. Amma Qida və Dərman Administrasiyası (FDA) və digər rəsmilər tam əmin olmaqdan ötrü datanı hələ öyrənirlər.

Pfizer/BioNTech buster dozayla bağlı gərəkən informasiyanı FDA-ya təqdim edib, Moderna hələ prosesi tamamlamayıb, Fauçi sentyabrın 5-də CBS televiziyasına bildirib.

ABŞ səhiyyə rəsmilərinin avqustun 18-də bildirməsinə görə, araşdırmalar Pfizer/BioNTech və Moderna vaksinlərinin qorumasının zamanla azaldığını göstərib.

Daha bir doza gərəkəcəkmi

Rəsmilər ikinci dozadan səkkiz ay sonra Pfizer və Moderna vaksinlərinin üçüncü dozasını vurdurmağı tövsiyə edirlər. Sentyabrın 20-si busterlərin paylanması üçün hədəf tarix qoyulub.

Alimlər busterlərin nə qədər əlavə qoruma təmin etməsini hələ müzakirə edirlər. Yəni, amerikalıların hamısı, yaxud yalnız immuniteti zəifləyənlər və yaşlılar daha bir doza vurdurmalı olacaqlar.

Buster dozaları ziddiyyətli məsələ hesab olunur. Çünki COVID-19 dünyada vaksin olunmayanları öldürməkdədir. DST rəhməri Tedros Adhanom Qebreyesus deyib ki, bir çox yerlərdə ön cəbhədə işləyən tibb işçiləri heç peyvənd olunmayıblar.

Zəngin ölkələrin çoxu isə pandemiyanın kökünü kəsməkdən ötrü əhalinin yetərincə hissəsinin peyvənd vurdurmasına nail ola bilmirlər.

İsrail, Bəhreyn

İsraildə artıq yaşı 50-dən yuxarı olanlara buster dozaları vurulur. Baş nazir Naftali Bennet deyib ki, buster vaksinasiyası sentyabrın 6-da başlanan yəhudi bayramı zamanı tam lokdauna getməməyə imkan verəcək.

Bəhreyn yaşı 18-dən yuxarı, azı altı ay öncə ikinci dozanı vurdurmuş şəxslər üçün Rusiya istehsalı Sputnik V vaksininin buster dozasına icazə verib. Hökumət Sputnik V vurduranları üçüncü dozanı qəbul etməyə çağırır. Çinin Sinopharm vaksini vurduranlar üçünsə Pfizer-BioNTech buster dozaları paylanıb.

Zəngin ölkə olan Bəhreyn adambaşına peyvəndləməyə görə dünyada öncül yerlərdədir. Ölkədə gündəlik yoluxmalar bir neçə ay öncəki pik həddən kəskin azalıb. Yaxın Şərq və Şimali Afrikanı təchiz etmməkdən ötrü ölkə Sputnik V də istehsal edir.

Britaniya

Britaniya hökuməti gələn aydan gecə klublarına giriş və iri toplantılar üçün vaksin pasportları tələb olunacağını açıqlayıb.

Vaksin naziri Nadim Zahavi deyib ki, sentyabrın sonundan şəhadətnamə tədbirləri tətbiq olunacaq. O vaxtadək yaşı 18-dən yuxarı olanların hamısı COVID-19 vaksininin hər iki dozasını vurdura biləcəklər.

Zahavi “Sky News”a deyib ki, “düzgün yol” iqtisadiyyatın açıq qalmasını təmin etməkdir. Deputatlar və şirkətlər isə bu addımı bölücü sayırlar, gecə klublarına qarşı diskriminasiyanın baş verə biləcəyini deyirlər.

XS
SM
MD
LG