Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

Bakıda brend geyim butikləri birləşdirilib-bağlanır...


Arxiv fotosu
Arxiv fotosu

Vergilər Nazirliyinin noyabrın 23-də açıqladığı məlumata görə, Bakıda məşhur geyim brendlərinin satıldığı butikləri əhatə edən bir neçə şirkət birləşib. Buna iqtisadi böhran səbəb göstərilir.

Bağlanan 3 şirkətin 35 mağazası var

«SİAY», «Sinteks Co502» və «Sinteks Co501» MMC-lər MMC-lər «Sinteks» MMC-yə qoşularaq ləğv edildiklərini açıqlayıblar. Bu şirkətlərin Bakıda, ən azı, 35 mağazasının olduğu bildirilir. Mağazaların bir çoxu iri ticarət mərkəzlərində fəaliyyət göstərir.

Buna da bax:​ "Tarqovı"da da alver ölüb- [Fotolar]

Satış həcmi azalıb

Birləşmənin səbəblərindən danışan «Ayma Alyans» QSC-nin direktoru Abdul Aşurov AzadlıqRadiosu-na deyib ki, şirkətlərin birləşdirilməsindən məqsəd idarəetmənin optimallaşdırılmasıdır:

«Adıgedən şirkətlərin təsisçiləri eyni şəxslərdir. Onlar daha optimal idarəetmə strukturu yaratmaq istəyirlər. Şirkətlər, faktik olaraq, eyni iş görür, amma nəzarət orqanlarına çox sayda hesabat verirlər. Başqa bir tərəfdən, böhran mağazaların iş həcmini də azaldıb».

Buna da bax:​ İqtisadçı: 'Ölkə qıtlığa doğru gedir' (Video)

Neftçilər prospektindəki butiklərin çoxu...

«Sinteks» MMC 1996-cı ildə yaradılıb. Paytaxtın Neftçilər prospektindəki lüks mağazaların əksəriyyəti bu şirkətindir. Qurumun Gürcüstan və Monqolustanda da biznesi var.

Şirkətlər qrupunun təsisçiləri Vüqar Feyruz oğlu ƏliyevÜlvi Şahmərdan oğlu Cərullayevdir. «Ayma Alyans» QSC onların ortaq şirkətidir. Qrupa «SSI Retail» MMC də daxildir. Bakıdakı «Mango», «New Yorker», «Next» və məşhur mağazalar onlara məxsusdur.

XS
SM
MD
LG