"Cəbhədə nə baş verir ki? TV-lər konsert verir..."
Qarabağda döyüşlər xəritədə (İnfoqrafika)
Avropa Şurası: Sülh danışıqlarını bərpa etməyə çağırıram
Avropa Şurasının Baş katibi Thorborn Jagland da bəyanat yayıb.
“Dağlıq Qarabağ münaqişə zonasında, təmas xəttində döyüşlərin qızışmasından dərin narahatlıq keçirdim. Avropa Şurası hər iki tərəfi lüzumsuz qanaxıdılmasını dayandırmağa çağırır. Bu, ancaq və ancaq zorakılığın artmasına, xeyli dinc sakinin həyatını itirməsinə gətirir. Tərəfləri Avropa İnsan Haqları Konvensiyasının zəmanət verdiyi yaşamaq hüququnu qorumağa, atəşkəsi və sülh danışıqlarını bərpa etməyə çağırıram”.
Azərbaycanı ittiham etdilər
Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) şənbə günü Azərbaycanı Dağlıq Qarabağda atəşkəs pozuntusuna görə ittiham edib.