Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:51

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

13:36 3.4.2016

Azərbaycan hərbi əməliyyatları birtərəfli qaydada dayandırır

«Azərbaycan cavab tədbirlərini bir tərəfli qaydada dayandırmaq barədə qərar verir».

Bu Azərbaycan Müdafiə Nazirliyinin yeni açıqlamasında deyilir.

Nazirliyin açıqlamasında qəarar belə izah edilir :

«Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Silahlı Qüvvələr işğal olunmuş ərazilərimizdə əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır. Azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir»

Nazirliyin bildirməsinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, mövqelərini təkrar atəşə tutulmasını davam etdirəcəyi təqdirdə artıq, bu qərar qüvvəsini itirmiş olacaq:

«Qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcəkdir»-deyə Azərbaycan Müdafiə Nazirliyi bildirir.

12:48 3.4.2016

Dünən əldə edilən atəşkəs razılığına əməl edilməyib


Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı yeni məlumat yayıb.Məlumatda bildirilir ki, yaşayış məntəqələrinə zərbə vurulması dayandırılmasa, cavab zərbələrinin endirilməsi ilə bağlı bölmələrə əmr verilib:

“Rusiyanın təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir.”-deyə Müdafiə Nazirliyi bildirir.

Müdafə Nazirliyinin açıqlamasına görə, Ermənistan Silahlı Qüvvələri işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirib. Bununla da, azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərilib.

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, nəticədə qarşı tərəf 10-a yaxın tank, həmçinin canlı qüvvə itkisi verib.

Məlumatda qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələri hücumların qarşısını alıb.

10:56 3.4.2016

Cəbhədə vəziyyət necədir?

Müdafiə Nazirliyi aprelin 3-ü cəbhə xəttindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 130 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyinin deməsinə görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdən, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklər atəşə tutulub.

Qazax rayonunun Qızılhacılı kəndi, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərinin də vurulduğu deyilir. Məlumatda habelə, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərin də atəşə tutulduğu qeyd edilir.

Goranboy, Tərtər, Ağdam, Xocəvənd, Füzuli rayonlarının da bir sıra yaşayış məntəqələrinin sutka ərzində vurulduğu deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri də bütün bu atəşlərlə cavab verib.

01:36 3.4.2016

Cəbhədə vəziyyət sabitləşir...

“Dünən gecə və bu gün ərzində baş verənlərlə müqayisədə hazırda cəbhəboyu zonada vəziyyət sabitdir”.

Bunu AZƏRTAC-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu zonada əməliyyat şəraitinə tam nəzarət edir.

Davamı

XS
SM
MD
LG