Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:39

Ceyhun Bayramov Polşada ATƏT-i və Ermənistanı tənqid edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Kabinetinin Polşanın Lodz şəhərində keçirilən 29-cu iclasında
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Kabinetinin Polşanın Lodz şəhərində keçirilən 29-cu iclasında

“Qərarların konsensus əsasında qəbul edilməsi prinsipi ATƏT-in bütün əsas qərarlarında aydın şəkildə əks olunub. Amma Azərbaycan təşkilat daxilində konsensusdan sui-istifadə edilməsindən illər boyu əzab çəkib”.

Bunu dekabrın 1-də ATƏT-in Nazirlər Kabinetinin Polşanın Lodz şəhərində keçirilən 29-cu iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Ermənistana “qiymətləndirmə missiyasının” göndərilməsi zamanı bütün üzv ölkələrin qəbul etdiyi mandatın kobud şəkildə pozulması baş verib.

Bayramov çıxışı zamanı deyib ki, Azərbaycan özünün erməni əsilli vətəndaşlarını siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək, onları bütün Azərbaycan vətəndaşlarının malik olduqları hüquqlarla təmin etmək əzmindədir.

Nazirin sözlərinə görə Azərbaycan Respublikasının Konstitusiyası buna tam imkan verir.

Bayramov qeyd edib ki, bu mənada Azərbaycan hakimiyyəti və etnik erməni sakinlər arasında son dövrlər artan dialoq və təmaslar dəstəklənməlidir.

Nazir bildirib ki, bu il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə Azərbaycan və Ermənistan bir-birinin suvernliyini, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini qarşılıqlı tanıyıblar.

“Müəyyən üçüncü tərəflər”

Bayramovun sözlərinə görə hazırda söhbət üç konkret məsələdən – sülh müqaviləsinin imzalanmasından, sərhədin delimitasiyasından və regiional kommunikasiyaların açılmasından gedir.

Azərbaycan naziri bəyan edib ki, bütün bu üç istiqamətdə Ermənsitan prosesin özü ilə məşğul olmaqdan daha çox “imitasiya” kimi keçmiş təcrübəsinə sadiq qalır.

Ceyhun Bayramov vurğulayıb ki, Ermənistan hələ də özünün qeyri-qanuni hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır və kommunikasiyaların açılması prosesini süni bəhanələrlə uzadır.

Nazir bunu da qeyd edib ki, “müəyyən üçüncü tərəflərin” davranışı Ermənistanı revanşist meyllərə ürəkləndirir və bu çox ciddi narahatlıq yaradır.

Ceyhun Bayramov deyib ki, ATƏT də daxil bütün beynəlxalq icma Ermənistanı münasibətlərin normallaşdırılması prosesini əngəlləməkdan çəkindirməlidir.

Nazirin sözlərinə görə, Ermənistan isə Azərbaycan və başqa qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması üçün yaranmış bu tarixi imkandan istifadə etməlidir.

İrandan Ermənistana qaçan qadınlar danışdı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Ermənistanın dedikləri...

Ceyhun Bayramovun səsləndirdiyi fikirlərə, hələlik, Ermənistan rəsmilərinin münasibəti bəlli deyil. Amma bu ilin yayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Ermənistan Silah Qüvvələrinin bir hissəsi müharibə vaxtı Dağlıq Qarabağın “müdafiə ordusu”na köməyə getmişdi:

“ Atəşkəsdən sonra onlar Ermənistan Respublikasına qayıdırlar. Bu proses sona yaxınlaşır və sentyabrda başa çatacaq. Müdafiə ordusuna gəlincə, o, Dağlıq Qarabağda olub və orada qalmağa davam edəcək”.

Ermənistan rəsmiləri indi isə Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik erməni “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə dəxli olmadığını vurğulayırlar.

Xatırlatma

Bu il sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşmişdi.

Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırda Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır. Amma bununla bağlı, hələlik, hər hansı müqavilə bağlanmayıb.

Daha əvvəl iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliklə ATƏT-in Minsk qrupu məşğul olub. ABŞ, Fransa və Rusiya qurumda həmsədr olublar.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG