Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:15

Cibuti Xocalı faciəsini soyqırımı kimi tanıyıb


Xocalı abidəsi.
Xocalı abidəsi.

Cibuti parlamenti Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Bu qətnamə parlamentin plenar iclasında mütləq səs çoxluğu ilə qəbul edilib.

Bu haqda yanvarın 24-ü Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Buna da bax:​ Xocalı faciəsi ilə bağlı yeni qanun layihəsi

Xəbərdə bildirilir ki, Cibuti parlamentinin spikeri Məhəmməd Əli Huməd qətnaməni Azərbaycanın səfiri Elman Abdullayevə rəsmən təqdim edib. Spikerin ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu vurğuladığı bildirilir.

Qətnamədə qeyd edilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və 1992-ci il fevralın 26-da Xocalı şəhərində dinc əhalinin qətliamı soyqırımı aktı və insanlıq əleyhinə cinayət kimi tanınır. Sənəddə günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir.

Buna da bax:​ Gözlənilən bir faciənin tarixçəsi… [Video]

Dünyanın 10-a yaxın ölkəsi və Amerika Birləşmiş Ştatlarının bəzi ştatları Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Xatırlatma

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

Buna da bax:​ Xocalı faciəsi «Qarabağnamə» ilə anılacaq

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

XS
SM
MD
LG