Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:27

COVID-19 virusu Cənubi asiyalılar üçün daha təhlükəliymiş?


Mumbay küçələrindəki COVID qraffitilərindən biri
Mumbay küçələrindəki COVID qraffitilərindən biri

İngiltərədəki Oksford Universitetinin alimləri insanın koronavirusdan ölüm riskini iki dəfə artıran geni aşkar ediblər

İngiltərədəki Oksford Universitetinin alimləri insanın koronavirusdan ölüm riskini iki dəfə artıran geni aşkar ediblər.

The Evening Standard qəzeti yazır ki, araşdırma əsli Cənubi Asiyadan olanların 60 faizinin bu genin daşıyıcısı olduğunu göstərib.

LZTFL1 adlandırılan bu gen Avropa irsiyyətinə malik insanların 16 faizində və ya başqa sözlərlə hər 6 nəfərdən birində aşkar olunur.

Alimlər bildirirlər ki, bu, Britaniyanın bəzi etnik icmalarında koronavirusdan ölüm faizinin niyə daha yüksək olduğunu və yoluxmanın Hindistan submaterikini niyə daha ağır təsirləndirdiyini izah edir.

Tədqiqat qrupunun rəhbərlərindən biri – Ceyms Deyvis Milli Səhiyyə Sisteminin reanimasiya təbabəti məsləhətçisi olub və Oksford Universiteti Radcliffe Tibb Departamentinin genetika professorudur.

Peyvənd bu geni daşıyanları da qoruyur

Nəticələri “Nature Genetics” jurnalında dərc olunmuş tədqiqat habelə göstərib ki, sözü gedən gen hüceyrənin immun reaksiyasını birbaşa təsirləndirmir.

Alimlər deyirlər ki, bu səbəbdən də iki doza ilə tam peyvənd hətta belə genin daşıyıcısı olanları da xəstəlikdən və ya onun ağır formalarından qoruyur.

Bundan əvvəl alimlər insan xromosomunun üçüncü DNT çərgəsinin yaşı 65-dən aşağı olanlar arasında COVID-19-dan ölüm hallarını iki dəfə artırdığını aşkar etmişdilər.

Professor Cim Hyuz bu barədə deyib:

“Biz aşkar etdik ki, risk proteinin gen kodundakı fərqə görə yox, geni hərəkətə gətirən DNT-dəki fərqə görə artır. Hərəkətə gəlmənin belə dolayısı ilə işlədiyinə görə genin özünü dəqiqləşdirmək çox çətin idi”.

Iranda pandemiyanın yeni dalğası başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Gözəgörünməz genin görünməsi

Buna görə də alimlər sözü gedən genin dəqiqləşdirilməsi üçün Süni Zəka proqramından və ən müasir molekulyar texnologiyadan istifadə ediblər.

Bu texnologiya hüceyrənin içərisindəki DNT-nin struktur quruluşunu heyrətamiz təfərrüatla görmək imkanı yaradır.

Alimlərin firkincə sözü gedən gen böyük bir ehtimalla tənəffüs yolları və ağ ciyər hüceyrələrinin virusa normal şəkildə reaksiya verməsinin qarşısını alır.

Tədqiqatçılar ümid edirlər ki, dərmanlar və başqa müalicə üsulları hüceyrələrin müdafiə sisteminin belə buxovlanmasının qarşısını ala biləcək.

Professor Deyvis isə bildirir ki, bu kəşf bəzilərinin başqaları ilə müqayisədə koronavirusa daha ağır yoluxmasının səbəblərini göstərir.

Alimin fikrincə bu həm də onu göstərir ki, ağ ciyərin infeksiyaya reaksiyası kritik əhəmiyyətə malikdir:

“Bu olduqca mühüm tapıntıdır, beləki əksər müalicələr zamanı immun sistemin virusa reaksiyasına daha çox fikir verilir”.

Araşdırmadan məlum olub ki, sözü gedən gen Afro-Karib əsilli adamların yalnız 2 faizində mövcuddur.

Professor Deyvis deyir ki, “biz genetikamızı dəyişmək gücündə olmasaq da, yüksək risk qrupuna daxil insanlar vaksinlərdən xüsusilə faydalana bilərlər”.

XS
SM
MD
LG