Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:05

'Omikron' film industriyasına necə təsir göstərir


Kinoteatr zalı
Kinoteatr zalı

Koronavirusun daha bir variantının yayılması dünya əyləncə industriyasının işini yenidən əngəlləyə bilər.

Koronavirusun daha bir variantının yayılması dünya əyləncə industriyasının işini yenidən əngəlləyə bilər.

Hələlik, Omikron variantı haqda çox şey məlum olmasa da, artıq bir çox ölkə onunla bağlı xəbərlərə kəskin reaksiya verib. Ölkələr bu variantın dünyada yayılma sürətini azaltmaq üçün yeni səyahət qadağaları tətbiq edirlər.

ABŞ, Britaniya, AI ölkələri və Avstraliya da daxil olmaqla 40-dan artıq ölkə Cənubi Afrika ölkələrini “riskli” adlandıraraq onlardan gələn müsafirlərlə bağlı ciddi qadağalar tətbiq ediblər. Bu “riskli” ölkələrə CAR, Botsvana və Zimbabve daxildir. Yaponiya və İsrail kimi bir neçə ölkə isə ümumiyyətlə qeyri-vətəndaşlar üçün sərhədlərini bağlayıb.

Qadağalar

Azı 15 ölkədə, o cümlədən Belçika, Danimarka, Almaniya, İtaliya, Niderland, Avstraliya, İsrail və Kanadada omikron variantına yoluxma halları aşkarlanıb. Bu variantda mutasiyaların sayı həddindən artıq yüksəkdir. Bu isə virusun daha sürətlə yayıla və Covid vaksininin işini çətinləşdirə biləcəyi deməkdir.

Bu, onsuz da Delta variantına yoluxma sayları ilə bağlı ciddi problem yaşayan ölkələr üçün pis xəbərdir. Yeni varianta yoluxma hallarına Avropada xüsusən çox rast gəlindiyindən Avropa ölkələri artıq noyabrdan ciddi tədbirlər görməyə başlayıblar.

Avstriya noyabrın 22-dən bəri ümummilli qapanma elan edib. Kinoteatr, restoran və digər ictimai yerlər bağlanıb. Slovakiya hökuməti noyabrın 24-dən fövqəladə vəziyyət və komendant saatı elan edib. Niderlandsa noyabrın 28-dən qismən qapanma elan edib: əksər müəssisələr, o cümlədən kinoteatrlar axşam saat 5-lə səhər saat 5 arasında bağlı olacaq.

Almaniyanın bir neçə əyalətində kinotetrlar insanlardan tam vaksinlənmələrini, yaxud COVID-dən sağaldıqlarını təsdiqləyən sənəd tələb edir. Bəzi əyalətlərsə bir qədər də uzağa gedib giriş üçün neqativ PCR testi də tələb edirlər. Bu tədbiri “arxa qapıdan lokdaun” adlandıranlar da var.

Bilet satışına təsiri

Yeni qaydaların təsiri və tamaşaçıların üzləşdiyi risklər artıq bilet satışlarına ciddi təsir edir.

Mütəxəssislər kinoteatrlarda bilet satışının yalnız oktyabrda normal satış sayına yaxınlaşdığını deyirlər.

Britaniyada bilet satışları pandemiyadan öncəki normal orta göstəricidən cəmi 7% aşağı idi. Niderland və Fransa kimi Avropa ölkələrində də bilet satışları sabitləşmişdi. Ancaq omikron təhlükəsi hər şeyi mənfi istiqamətdə dəyişir.

Film istehsalına gəlincə, “The Hollywood Reporter” jurnalı yazır ki, hələlik Omikron təhlükəsinin qlobal film və TV çəkilişlərini dayandırmasının əlamətləri gözə dəymir.

Mütəxəssislər deyirlər ki, film prodüserləri artıq üç qapanmadan keçdikləri üçün növbəti mümkün qapanma zamanı nə etmək lazım olduğunu öyrəniblər.

Britaniyalı film prodüseri Conatan Ueyssler deyir ki, artıq kino sənayesinin diqqəti Şərqi Avropaya – Çexiya, Rumıniya və Macarıstan kimi ölkələrə yönəlib.

O daha çox işin bu ölkələrə köçəcəyini istisna etmir. Ancaq bu regionda COVID yoluxmalarının sayı çox yüksək, vaksinasiya faizləri isə Avropada ən aşağı səviyyədədir.

Planlaşdırılan tədbirlər

Omikron qarşıdakı aylarda keçirilməli olan beynəlxalq film festivalları və sərgilərinə də mənfi təsir göstərə bilər. Beynəlxalq Teleradioyayım Konvensiyası (IBC) dekabrın 3-də Amsterdamda keçirilməli olan canlı tədbirini ləğv etməli olub.

Səudiyyə Ərəbistanında keçirilən Qırmızı dəniz film festivalı da belə bir təhlükə ilə üz-üzə idi. Ancaq 14 Afrika ölkəsindən gələn ziyarətçilərə qadağa qoyulmasına baxmayaraq, festival dekabrın 6-da Ciddədə açılışını edib və baş tutub.

Berlin film festivalı hələlik, 2022-ci il 10-20 fevral tarixlərinə planlaşdırılan tədbiri keçirmək niyyətindədir. Ancaq iştirakçılar ya tam vaksinlənmiş, ya da Covid infeksiyasından sağalmış olmalıdırlar.

XS
SM
MD
LG