Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:30

Məhkəmə qərarına görə fəhlə deputata 100 manat ödəməlidir


Zülfüqar Əliyev
Zülfüqar Əliyev

Ağdam rayon Məhkəməsinin qətnaməsinə görə, deputatın villasında işləmiş fəhlə dəymiş zərərə görə 27 min, şərəfin təhqirinə görə 100 manat təzminat ödəməlidir.

Qeyd edək ki, deputat isə fəhlədən şərəf və ləyaqətə görə 100 min manat tələb edirdi.

“İstəyirlər prezidentə, baş prokurora, Milli Məclisə təkrar məktub yazım ki, səhv eləmişəm, təqsir məndədir, yazdığım şikayətləri geri götürürəm. Qarşımda şərt qoyublar ki, bunu etsəm, məhkəmənin kəsdiyi təzminatları məndən almayacaqlar. Mən də razılaşmadım, dedim, ‘düz yazmışam, deputatın mənə 55 min manat borcu var’. O pulu ondan ölən günümədək tələb edəcəm. Yazmağı da əldən qoymayacam”.

Buna da bax:​ '50 min manat ver, ömürlük şikəst qal'

Bu il noyabrın 16-da AzadlıqRadiosu deputatlardan birinin villasında üzlük vurulması işləri görmüş Zülfüqar Əliyevin hekayətini dərc etmişdi.

Ağdam köçkünü olan Zülfüqar uzun illərdir fəhlə briqadası yaradıb və fərdi evlərin tikintisi, təmiri, üzlük vurulması ilə məşğul olur. AzadlıqRadiosu-na danışır ki, 3 il öncə 20 nəfərlik usta-fəhlə briqadası ilə “Azərsutəchizattikinti” ASC-nin sədri, deputat Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlənməsi işlərinə başlayıb. 1 ildən sonra iş təhvil-təslimə çatanda ortada mübahisə yaranıb. Fəhlənin iddiasına görə, villa sahibi fəhlələrə və Zülfüqar Əliyevə ödəməli olduğu 55 min manatı vermir.

Buna da bax: 'Adını qoydular ki, camaatı qızışdırıb, ayağa qaldırmışam'

MƏHKƏMƏ TƏZMİNAT BARƏDƏ QƏRAR ÇIXARIB

Z. Əliyev də dinc dayanmayaraq Milli Məclisə, Prezident Administrasiyasına, baş prokurora və başqa qurumlara deputatdan şikayət yazıb. Üstəlik, məsələni mətbuata çıxararaq ictimailəşdirib. Bundan sonra barəsində yazılanları böhtan hesab edən və şərəfinin, ləyaqətinin tapdalandığını iddia edən deputat onu məhkəməyə verib.

Əvvəl Abşeron rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verib. Lakin məhkəmə kifayət qədər əsas görmədiyi üçün deputatın xüsusi ittiham qaydasında şikayətinin icraatına xitam verib. Bu dəfə deputat Ağdam rayon Məhkəməsinə üz tutub. Bu il dekabrın 20-də çıxan məhkəmə qətnaməsinə görə, deputatın villasında işləmiş fəhlə villa sahibinə dəymiş zərərə görə 27 min, şərəfin təhqirinə görə 100 manat təzminat ödəməlidir. Zülfüqar Əliyevsə məhkəmənin qətnaməsi ilə razılaşmır:

Buna da bax:​ Sakin: 'Gədəbəydə Çıxarış satılır - 1500 manata'

“Məhkəmənin təyin etdiyi ekspertiza düzgün aparılmadı. Görülən işlərin dəyəri düzgün hesablanmadı. Görülən işlərin dəyəri yarıbayarı azaldılaraq sənədləşdirildi. Məni isə tərəf kimi ümumiyyətlə, dinləyən olmadı. Bir sözlə, məhkəmə sifarişli qətnamə çıxardı”.

DEPUTATA BORCLU QALIB

Zülfüqar Əliyev deyir, 1 ildir pulunu ödəyə bilmədiyi fəhlələrin və villanın tikintisində istifadə olunmuş tikinti materialına görə mağaza sahibinin əlində qalıb. Deputat gördürdüyü işin pulunu vermir ki, həmin adamların haqqını ödəsin. Belə bir vaxtda isə özü demiş, “kasıb deputat”, üstəlik, ondan 27 min 100 manat tələb edir.

Buna da bax: 'Müqavilə tələb edəndə sabahdan işə gəlmə dedilər'

Zülfüqar Əliyev məhkəmə qətnaməsindən apelyasiya şikayəti verəcəyini deyir.

Deputat Mirzəcan Xəlilov modern.az saytına Z. Əliyevin ittihamlarına cavab olaraq bildirib ki, 3 il öncə şəxsi villasında işləmiş keçmiş fəhlə onu şantaj etməklə məşğuldur. O da məsələni məhkəmə yolu ilə çözməyə üstünlük verib. Deputat bildirib ki, fəhlə briqadası ilə ayrılarkən briqada tapşırılan işin heç yarısını da görməyib. Həmin fəhlə briqadasının işini başqa briqada davam edib və başa vurub.

XS
SM
MD
LG