Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:30

Dərmanların qiymətində müəmmalar


Apteklərdə qıtlıq aradan qalxır
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Apteklərdə qıtlıq aradan qalxır

Avqustun 17-də Tarif Şurası dərman vasitələrinin qiymətləri ilə bağlı açıqlama yayıb. Açıqlamada bəzi kütləvi informasiya vasitələrində dərmanların bahalaşması ilə bağlı yazılanlara münasibət bildirilir.

Məlumatda qeyd edilir ki, dövlət qeydiyyatına alınmış 9 min 850 dərman vasitəsinin qiymətini Tarif Şurası təsdiq edib. Onlardan 7 min 347 dərman vasitəsi (75 faizi) hazırda təsdiq edilmiş qiymətlərlə satılır. Digər 2 min 503 dərman vasitəsi isə (25 faizi) sentyabrın 1-dən yeni qiymətlərlə satılacaq.

«Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil», - deyə açıqlamada qeyd edilir

Qiymətləri tənzimlənmiş 9 min 850 dərman vasitəsinin yeni qiymətləri Şuranın rəsmi internet saytında yerləşdirilib.

Buna da bax - Dərman bahalaşıb, yoxsa ucuzlaşıb?

KİV-lərdə gedən yazılara görə isə, heç də bəzi apteklərdə dərmanlar Tarif Şurasının açıqladığı qiymətlərlə satılmır. Bir sıra ekspertlər bildirirlər ki, Tarif Şurasının qiymət tənzimləməsindən sonra bəzi dərmanları tapmaq olmur.

ÖNCƏKİ QİYMƏTLƏR AÇIQLANSIN

Üstəlik, ekspertlərin fikrincə, hazırda əsas problem heç də dərmanların Şuranın təsdiq etdiyi qiymətlərdən baha satılmasında deyil. Narahatçılıq qiymətlərin dövlətin tənzimləməsindən sonra bahalaşmasındadır.

Rəsmi qurumlar iddia edir ki, bu tənzimləmədən sonra qiymətlər enib. Ancaq dərmanların bahalaşdığını Dövlət Statistika Komitəsi (DSK) də təsdiq edir. DSK-nın məlumatına görə, bu ilin – 2016-nın 7 ayında dərmanların qiyməti 33.9 faiz, tibbi təyinatlı digər ləvazimatlar isə 24 faiz bahalaşıb. Ekspertlərə görə, burdan o nəticə çıxır ki, qiyməti uçuşlasan dərmanların sayı azdır. Çünki dərmanların əksəriyyətdə azalma olsa idi, DSK artım qeydə almazdı.

Ekspertlərin fikrincə, Tarif Şurası tənzimləmədən öncə olan qiymətləri də paralel açıqlamalıdır.

2014-cü il dekabrın 16-da «Dərman vasitələri haqqında» qanunda dəyişikliklər edilib və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini dövlət tənzimləməyə başlayıb. Nazirlər Kabinetinin 2015-ci il 14 aprel qərarına əsasən, belə dərman vasitələrinin qiymətləri (tarifləri) dövlətin tənzimlədiyi malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

XS
SM
MD
LG