Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:26

Dollar əmanətləri üçün faizlər kəskin salındı


-

Murad Məmmədli qızının xaricdə təhsil alması üçün bir neçə ildir topladığı pulu hansı banka etibar edəcəyini bilmir. Onun sözlərinə görə, etibar etdiyi banklardan biri AGBank-dır.

Onlara zəng edərək dollarla depozit qoymaq istədiyini söyləyib. Bildiriblər ki, depozitin hansı faizlə qəbul edildiyini telefonda deyə bilməzlər, bunun üçün müştəri yerli şöbələrdən birinə yaxınlaşsın, detallar haqda ona üzbəüz söhbətdə məlumat veriləcək.

O da bankın Koroğlu Rəhimov filialına yaxınlaşıb.

– Deyilən nəticə mənim üçün sürpriz oldu. İllik faiz 1 faizdir, yəni bir ilə əmanətin üstünə cəmi 1 faiz gələcək. Dekabra kimi minimum 8 faiz verilirdi.

AGBank-dan bizimlə söhbətdə deyirlər ki, yanvarın 13-dən şərtləri dəyişdiriblər. “Müştərilərimiz mütəmadi bizimlə əlaqə saxlasınlar, şərtlər dəyişərsə, əlavə məlumat verəcəyik”, - bankdan qısaca bildirirlər.

Buna da bax: Taxta bazarı devalvasiyadan sonra

KAPİTALBANK 0,25 FAZİLƏ QƏBUL EDİR

Bəs manatın üzən məzənnəyə keçidindən sonra başqa banklar depoziti hansı faizlə qəbul edirlər? İlk zəng vurduğumuz bank “Kapital Bank”dır. Məlum olur ki, AGBank şükürlü imiş. “Kapital Bank” müştəridən dollarla depozitləri illik 0,25 faizlə qəbul edir. Bu, faizini hər ay götürmək istəyənlərə aiddir. Amma əgər müştəri səbir edib faizi müddət sonunda götürmək istəsə - fərqi yoxdur bir ilə və ya 3 ilə - o zaman depoziti 0,5 faizlə qəbul ediləcək.

– Çox azdır, niyə belə?

– Devalvasiyadan sonra, təəssüf ki, dollarla depozitlərə görə faizləri azaltmışıq. Manatla qoymaq istəsəniz, 12 faizlə götürə bilərsiz. Faizləri müddət sonunda götürmək istəsəniz, lap 13 faizlə də qoymaq mümkündür.

“Ziraat Bank Azərbaycan” da depozitləri illik 1 faizlə qəbul edir. “Müqavilənin şərti pozularsa, 0,1 faizlə hesablayıb əmanəti geri qaytaracağıq”, - bankdan bildirirlər. (Ardı aşağıda)

Bank of Azerbaijanda 30 min çox olan əmanətlər batır...
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Buna da bax: Polisin vətəndaşı xırda pozuntuya görə həbs etmək səlahiyyəti alınır

3, 5, HƏTTA 12 FAİZƏ DƏ DEPOZİT GÖTÜRƏNLƏR VARMIŞ

“Access Bank”dan deyirlər ki, dollarla depozit üçün müştəriyə 3 faiz təklif edirlər, ancaq o müddətsonunu gözləmək istəməyib aybaay faizini götürmək istəsə, bu zaman faiz bir qədər – 0,5 % azalır.

“Bank Respublika” bir az əliaçıqdır, deyəsən. Dollarla depoziti 4 faizlə qəbul edir, ancaq o da “Access Bank” kimi şərt qoyur: “Faizi müddətsonunda yox, hər ay almaq istəsəniz, 3,5 faizlə götürəcəyik. Manatla qoysanız, 10 faiz təklif edə bilərik, müddətsonunu gözləsəniz, 10,5 faiz olacaq”.

“Unibank”da müddətə görə faizlər dəyişir: “Dollarla depoziti minimal 3 aylıq qəbul edə bilərik, 1,5 faizlə. İllik faizləri müddətsonunda götürmək şərtiylə 5,9 faizlə götürürük. Faizləri hər ay almaq istəsəniz, 5,5 faizlə qəbul ediləcək”.

Bu rəqəmlərdən sonra Turanbank-ın rəqəmləri inandırıcı gəlməyə bilər. Ancaq müştəriyə təklif edilən rəqəmlər bunlardır: “Dollarla rüblük depozit üçün 5 faiz, 6 aya 6 faiz, 12 aya 9 faiz, 24 aya 10,5 faiz, 36 aya 11 faizlə qəbul edirik”.

“Bank Standard” müddətindən asılı olmadan dollarla depoziti 12 faizlə qəbul etdiyini bildirir. Məlumatı iki dəfə dəqiqləşdiririk və hər dəfəsində də eyni cavabı alırıq. Bankdan AzadlıqRadiosuna bildirirlər ki, müştəri sarıdan ciddi problem yoxdur, depozit portfeli artmaqdadır. Onu da deyirlər ki, hələlik depozitlə bağlı şərtləri dəyişdirməyiblər. İstənilən müştərinin depozitini manat, dollar, avro şəklində qəbul etməyə hazırdırlar.

“Müştəri müddətsonunu gözləmədən əmanətini geri almaq istəyəcəksə, bu, artıq müqavilənin şərtlərindən asılı olaraq qaytarılacaq. İri məbləğdə vəsaitin ilk 25 faizi həmin gün, yerdə qalanı 5 iş günü ərzində veriləcək. Məbləğ azdırsa, həmin gün verilə bilər”.

Buna da bax: Qax qar yorğanı altda- [Fotolar]

EKSPERT: “BANKLAR MƏCBUR QALIBLAR”

Samir Əliyev
Samir Əliyev

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, son zamanlar vətəndaşlar manatla yox, dollarla kredit qoymağa üstünlük verirlər.

“Buna görə, banklar da güclü dollar depoziti qarşısında məcbur qalıb dollarla faizi aşağı salıblar. Banklar da bilir ki, sabah manat yenidən devalvasiyaya uğrasa, dolları da qaytarmaqda çətinlik çəkəcəklər. Yəni bu, bazar qanunudur. Təklif çox olanda, qiymət düşür. Banklara təklif çoxaldıqca faizi azaldırlar”, - Samir Əliyev söyləyir.

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, elə Avropada da faizlər cüzidir:

“Amma Azərbaycanda normal bank sistemi yoxdur, axı. Buna görə də bizim vətəndaş pulu evində saxlamağı daha təhlükəsiz hesab edir, nəinki bankda. İndiki halda düz də edir. Bank normaldırsa, əmanətləri 1 faizlə və ya 0,1 faizlə ona etibar etmək olar. O ki qaldı bəzi bankların yüksək faizlə depozit götürməsinə, bu, o deməkdir ki, həmin bankda vəziyyət çox pisdir. Pulu cəlb etmək üçün buna əl atırlar. Bu cür banklara əmanət qoymayın”.

Əkrəm Həsənov
Əkrəm Həsənov

O ki qaldı devalvasiyaya qədər faizlərin yüksək olmasına, Əkrəm Həsənov bildirir ki, bank depozit götürmək üçün kredit verməlidir:

“İndi bank kredit verməyə qorxur. Banklarda dollar çoxdur. Buna görə də bank məcburdur ki, faizləri endirsin”.

Buna da bax: Kredit borcunu maaşdan tuturlar

“KREDİT 2500 MANAT ALANLARA VERİLİR”

Banklar əmanətləri çox ucuz götürsələr də, kredit verərkən çox diqqətli olduqlarını, müştərilərini diqqətlə araşdırdıqlarını deyirlər. “Unibank” dollarla krediti “öz müştəriləri”nə verdiyini və bunun üçün əməkhaqqının ən az 200 manat olması haqda arayış tələb edirsə, “Ziraatbank” Azərbaycan da şərtlər sərtləşir: “Minimum 2 min 500 manat əməkhaqqı alanlara kredit açılır”.

“Turanbank” maksimum 5 min dollara qədər kredit verə bilir, özü də 20-26 faizlə. “Bank Standard” da manatla 1500 manatadək kredit verirsə, dollarla kreditin son həddi 5 mindir, 20-25 faizlə.

Kreditlərlə qaydaların sərtləşdirilməsini isə iqtisadçılar problemli kreditlərin çoxalması ilə, üstəlik də iş yerlərinin, əməkhaqlarının azalması ilə izah edirlər.

XS
SM
MD
LG