Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:33

Ermənilər 23 metrlik dolma düzəldiblər


"Dünyanın ən uzun dolması"
"Dünyanın ən uzun dolması"

Ermənistan aşpazları deyirlər ki, Azərbaycan 7 il əvvəl bu “qədim təamı” mənimsəmək cəhdi göstərib

Ermənistanın Novosti Armeniya saytı yazır ki, Armavir vilayətinin Musaler xatirə kompleksinin ərazisində keçirilən 6-cı “Uduli” dolma festivalında uzunluğu 7 mərtəbəlıi binanın hündürlüyünə bərabər dolmanın təqdimatı olub.

Sayt yazır ki, 23 metrlik dolmanın müəllifləri özlərinin ötənilki rekordlarını tam 13 metr təzələyiblər.

Xəbər verilir ki, dünyanın ən uzun dolmasının ekspozisiyası çox çəkməyib, çünki qonaqlar “bu kulinariya şedevrini” bir neçə dəqiqənin içində yeyiblər.

Ümumikdə isə, festivalda 70-dək dolma növünün nümayiş etdirildiyi bildilir.

Dolma ətrafında sıx birləşmək

Xəbərdən belə başa düşmək olur ki, Ermənistanda “ən qədim dolmanı” bütün başqa dolmalardan fərqləndirən bir linqvistik xüsusiyyət aşkar olunub. İndi Ermənistan mediası dolmanı “tolma” kimi təqdim edir.

Bosniya-Herseqovinanın da öz dolması var (Arxiv)
Bosniya-Herseqovinanın da öz dolması var (Arxiv)

“Erməni kulinariya ənənələrinin inkişafı və qorunması” təşkilatının sədri Sedrak Mamulyan deyib ki, festivalda 30 komanda iştirak edir.

Mamulyan deyib ki, “dolma Grand Prix” müsabiqəsində mükafatlar üç kateqoriya üzrə veriləcək: “Ən dadlı”, “ən yaxşı ideya” və “ən yaxşı görünüş”.

Festival iştirakçılarından Ripsime Xaçaturyan adlı qadın deyib ki, “bu hadisə xalqımızın bu çətin vaxtda birləşdiyini göstərir”.

“Zəngəzur döyüşü”

Novosti-Armeniya yazır ki, dolmanın hazırlanmasında ordu aşpazları xüsusi məharət nümayiş etdirirlər.

Məsələn, İcevanda yerləşən hərbi hissənin baş aşpazı Baqrat Hovakimyan deyib ki, onlar festival üçün dolmanı toyuq ətindən və narıngi şirəsindən hazırlayıblar.

“Erməni mətbəxi hətta ordudda da yaddan çıxmır” – deyib Hovakimyan.

Azərbaycan dolması
Azərbaycan dolması

“Karas” restoranlar şəbəkəsinin baş aşpazı Araik Zakaryan isə deyib ki, “7 il əvvəl Azərbaycan milli erməni xörəyini mənimsəməyə cəhd göstərib və bundan sonra Ermənistanda hər il dolma festivallarının keçirilməsi qərara alınıb”.

Zakaryan deyib ki, onların fikrincə, ən qədim dolmanı ilk dəfə Zəngəzurda hazırlayıblar.

Milli.az saytı isə yazır ki, “Ermənistan Azərbaycanı dolmanı UNESCO-nun bütün türk dünyasının qeyri-maddi mədəni irsi siyahısına salmaq istəyini tənqid edib.

Mədəniyyət naziri Hasmik Poğosyan deyib ki, Azərbaycan UNESCO-nu "siyasi döyüş meydanına" çevirmək istəyir.

Mayın əvvəlində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.

XS
SM
MD
LG