Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:46

Donbassda ağır döyüşlər, Kiyevdə debatlar, Moskvada tərəddüd


Slavyansk girəcəyində Ukrana hərbçilərinin postu.13 may 2014
Slavyansk girəcəyində Ukrana hərbçilərinin postu.13 may 2014
-
Luqansk və Donetsk vilayətlərində separatçıların keçridiyi referendum əsasən 1 səbədən dünya mediasının gündəmində qalırdı. Separatçıların bu tədbirdən elan edəcəkləri rəqəmləri əvvəlcədən görmək olardı, onların əhalinin böyük hissəsinin referendumda iştirakını və az qala hamısının da müstəqiiliyə “hə” deyəcəklərinə kimsə şübhə etmirdi. Bu hadisə ona görə diqqət mərkəzində idi ki, referendumdan sonra nə baş verəcəyi məlum deyildi.

MOSKVA DONBASSA KRIM KİMİ BAXMAQ İSTƏMİR

Moskva mayın 13-də separatçıların Rusiyaya birləşmək xahişinə tərəddüdlə cavab verdi. Xarici işlər nazirliyi Kiyevi Donetsk və Luqanskla dialoqa dəvət etdi. Dövlət Duması kommunistlərin “birləşmək” çağırışları nəzərə alınmasa, ümumi şüarlarla kiafəytləndi – referendum nəticələrinin tanınması haqda qərar qəbul olunmadı. Putinin məsələyə münasibəti tam bəlli olmayanadək deputatların hansısa qərar çıxarması Rusiya siyasətinə xas olan hadisə deyil. Putin isə, “referendumun rəsmi nəticələrini gözləyir”. İstənilən halda, Donbass hadisələri Krım ssenarisi üzrə inkişaf etmir: orada Rusiya hərbi bazaları yoxdur, referendum yerli siyasətçilər tərəfindən keçirilmir, Rusiyameylli qüvvələrin niyyətləri federalizm, müstəqillik və Rusiyanın tərkibinə daxil olmaq variantları arasında bölünür, Donbass-ın Rusiya üçün "tarixi əhəmiyyəti" Krım qədər deyil və nəhayət Moskva öz niyyətini tam dilə gətirmir.

QƏRB REFERENDUMU TANIMIR

Referendum gözlənildiyi kimi bütün Qərb dünyası tərəfindən inkar edildi. Silahlı qruplaşmaların təşkil etdiyi səsvermənin heç bir hüquqi qiyməti olmadığını Kiyev də elan etdi və silahlı birləşmələrə qarşı antiterror əməliyyatlarının davam edəcəyini bildirdi.

Lakin gözlnilmədən bölgədən hökumət qoşunlarının deyil, separatçıların hücumları haqda xəbərlər gəldi. Mayın 13-ə keçən gecə Slavyasnk ətrafındakı təhlükəsizlik qüvvələrinin atəşə tutulduğu, sonra isə Kramatorsk yaxınlığında Ukratna ordsunun pusquya düşdüyü haqda məlumatlar yayılmağa başladı.

PEŞƏKAR YARAQLILAR PAŞIPOZUQ UKRAYNA HƏRBÇİLƏRİNƏ QARŞI

Rusiyameylli portalların yaydığı videoda Slavyanskda qərarlaşan yaraqlıların zirehli maşından Ukrayna ordusu mövqelərinin atəşə tutulduğu görünür.

mətn videonun altında davam edir

Bu videonun həqiqiliyini yoxlamaq imkanımız olmasa da, onun məzmunundan separatçıların Ukrayana hərbçilərindən daha peşəkar olduğu görünür. Onlar ballistika qanunlarına əsasən atəşi korrektə edir, bu zaman Ukrayna əsgərlərinin hərəkətini diqqətdə saxlayır və nəhayət yuxarı komandanlıq tərəfindən idarə olnurlar. Videonun sonunda radtsiya ilə onlara mövqeni tərk etmək əmri gəlir.

Ukrayna əsgərlərinin yaraqlıların atəş mövqesindən başqa bütün istiqamətlərdə nizamsız atəş açmaları diqqəti cəlb edir. Belə təsəvvür yaranır ki, atəş xəttinin əks tərəfində təhlükənin hansı istiqamətdən gəldiyini müəyyənləşdirməkdə çətinlik çəkən hazırlıqsız əsgərlərdir.

UKRAYNA HƏRBÇİLƏRİ PUSQUYA DÜŞÜBLƏR

Sanki bu ehtimalın təsdiqi kimi mayın 13-də günorta Kramatorsk yaxınlığında Ukrayna ordusnun itkiləri haqda mlumatlar daxil oldu.

İlkin məlumatlar ağır döyüşlərin getdiyi haqda olsa da, dəqiqləşdirimiş xəbərlərdən məlum olur ki, Kramatorsk su anbarı yaxınlığında Ukrayna hərbi karvanı separatçıların pusqusuna düşüb. Separatçılar yüzlərlə Ukrayna əsgərinin öldürülməsini elan etsələr də, rəsmi Kiyev həqiqətən də 7 hərbçinin ölümünü təsdiq etdi.
mətn videonun altında davam edir
Ukrayna hərbçiləri Kramotorsk yaxınlığında pusquya düşüb
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Bu məlumatlara əsasən, Andreyevka kəndi yaxınlığında körpüdən keçərkən hərbi karvanın sursat daşıyan maşını və zirehli texnikası qumbaratanlardan atəşə məruz qalıb. Döyüş baş verib və bu zaman yaraqlılara Kramatorsk şəhərindən 2 avtobus silahlı adam köməyə gəlib.

Ukrayna ordusu döyüşlərə ancaq hərbi vertolyotların cəlb edilməsi ilə son qoya bilib.
Belə çıxır ki, regionda hərbi təşəbbüs antiterror əməliyyatı aparan böyük bir dövlətin ordusunda deyil, gizli müharibə texnikası yeridən Rusiyameylli yaraqlıların əlindədir.

Bu döyüşçülərin Rusiyadan hərbi yardım aldıqları bildirlir, lakin Rusiya təbliğat maşının hokmranlığı altında olan və əsaəsn etnik ruslardan ibarət yerli əhalinin də bu yaraqlılara müəyyən dəstəyi hiss olunur. Donbassı-ın bir sıra şəhərlərindən Ukrayna ordusunun hərbi texnikasına “faşistlər” deyə hücum edən onlarla əliyalın adamların videoları mövcuddur.

Mayın 13-də mətbuat konfransı keçirən Ukrayna müdafiə naziri də etiraf edir ki, terrorçunu dinc sakindən ayırmağın mümükün olmadığı belə bir şəraitdə ordunun hərbi əməliyyat aparmaq imkanları məhdudlaşır.

BU ZAMAN KİYEVDƏ

Donbassda gedən döyüşlər fonunda Ukrayna parlamentində də qızğın debatlar oldu. Radikal deputatlar hərbi əməliyyatların gücləndirilməsini, müxalifətdə olan kommunistlər isə dialoqun aparılmasını tələb edirdilər.

Ehtirasların qızışdığı bir məqamda Ali Radanın sədri Turchynov kommunist partiyasının yasaq edilməsi haqda da danışdı.

Ukraynanın iqtisadi problemləri də gündəmdə qalır. Avropa Birliyinin Ukraynaya yardım etməsi haqda qərarı ilə Rusiyanın Qazprom şirkətinin Ukrayndan qazpulunun əvvəlcədən istəməsi xəbərləri təxminən eyni vaxtda yayıldı.

Qərbin dəstəyini hiss edən müvəqqəti baş nazir Yatenyuk Rusiyanın qazı kəsmək təhdidlərini qonşu ölkəni beynəlxalq məhkəməyə vermək hədəsilə cavablandırdı.

Bütün bu gərginlik fonunda bəzən inanmaq olmur ki, Ukrayna əslində həm də prezdent seçkilərinin son mərhələsindədir. Separatçıların referendumdan sonra yəqin ki, növbəti təqvim aşırımı həmin gündür - mayın 25-də Ukrayna ölkədən qaçan Yanukovychi-in xələfini seçir.

Namizədələr arasında radikal millətçilərdən tutmuş, elə Rusiyameylli siyasətçilər var ki, silahlı separatçılar fonunda həqiqətən də bir çox Ukraynalıya mələk kimi görünə bilərlər, çünki Ukraynanın bütövlüyünün tərəfdarıdırlar.

Onlardan biri, Xarkov vilayətinin sabiq rəhbəri Mikhail Dobkin isə AzadliqRadiosunun Rusiya xidmətinə müsahibəsində iddia edir ki, prezident seçilsə, hətta Krımı da qaytara bilər.

Ukraynda hadisələrinin gedişini AzadliqRadisonun xəbərlərində, videolarında və CanlıBloqlarında izlə
XS
SM
MD
LG