Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:54

Birləşmiş Ştatlar Muxtarlı və Bayramlının həbsləri ilə bağlı bəyanat verdi


U.S. -- Department of State Headquarters on June 1, 2014 in Washington, DC
U.S. -- Department of State Headquarters on June 1, 2014 in Washington, DC

Birləşmiş Ştatlar bəyan edib ki, rəsmi Bakını tənqid edən jurnalistin iddia olunduğuna görə oğurlanaraq zorla Gürcüstandan Azərbaycana gətirilməsindən və həbs edilməsindən “narahatdır”.

AzadlıqRadiosu xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert-in iyunun 3-də səsləndirdiyi bəyanat, Gürcüstanın baş naziri tərəfindən, Tbilisinin jurnalist Əfqan Muxtarlının həyat yoldaşı və uşaqlarına Gürcüstan vətəndaşlığı verməyə hazır olduğuna dair bəyanatı ilə eyni vaxta təsadüf edib.

Nauert deyib ki, Birləşmiş Ştatlar Tbilisidə baş vermiş oğurlanmadan və bunun ardınca Bakıdakı həbsdən narahatdır.

Muxtarlı və onun arvadı Gürcüstana 2015-ci ildə qaçmışdılar. Buna səbəb jurnalistin İlham Əliyevin iddia olunan korrupsiya əlaqələrinə dair yazıları ilə bağlı təhlükəsizliyindən narahat olması idi.

Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib ki, Muxtarlı mayın 29-da Tbilisidə oğurlanaraq gürcücə danışan mülki geyimlilər tərəfindən maşına basılıb və döyülərək sərhəd üstündən Azərbaycana gətirilib.

Sadıqov Muxtarlının üzündə və alnında qançırların olduğunu görüb.

Azərbaycan Baş Prokurorluğunun sözçüsü Eldar Sultanov mayın 31-də bildirib ki, Muxtarlı sərhədi qanunsuz keçməkdə və üstündə böyük məbləğdə pul olmaqda şübhəli şəxs kimi həbs olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyi “qanunsuz azadlıqdan məhrumetmənin” baş vermiş ola biləcəyini bildirib, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili isə deyib ki, “jurnalistin yoxa çıxması” Gürcüstan dövləti və onun suverenliyi üçün ciddi problem yaradıb.

Nauert iyunun 3-də deyib ki, Birləşmiş Ştatlar, barəsində xəbər verilmiş adam oğurluğu məsələsinə dair Gürcüstanda aparılan təhqiqatı diqqətlə izləyir və bu hadisənin “tam, şəffaf və vaxtında” araşdırılmasına çağırır.

Xanım Nauert bunu da əlavə edib ki, Vaşinqton Bakını “Azərbaycanın beynəlxalq və ATƏT qarşısındakı öhdəliklərinə uyğun olaraq” öz təməl hüquqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azad edilməsinə çağırıb.

Dövlət Departamentinin bəyanatında habelə Azərbaycan Xalq Cəbhəsi Partiyası liderinin müavini Gözəl Bayramlının mayın 25-də həbs edilməsindən narahatlıq ifadə olunub.

XS
SM
MD
LG