Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:17

ABŞ bloqqerin ölümünü araşdırmağa çağırır


M.Qələndərov
M.Qələndərov

Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini bloqqerin təcridxanada ölməsini şəffaf şəkildə araşdırmağa çağırır.

«Birləşmiş Ştatlar dərin narahatlıq hissiylə qeyd edir ki, azərbaycanlı bloqqer və fəal Mehman Qələndərov aprelin 28-də təcridxanada dünyasını dəyişib», – Dövlət Departamentinin mayın 3-də yaydığı bəyanatda deyilir.

«BÜTÜN FƏALLARI BURAXIN»

«Azərbaycan hökumətini Qələndərovun ölümünün tam, şəffaf və müstəqil araşdırılmasını təmin etməyə, fundamental azadlıqlarından istifadəyə görə həbsə atılmış bütün fəalları buraxmağa çağırırıq», –bəyanatda vurğulanır.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) Qələndərovun saxlandığı təcridxanada aprelin 29-da «özünü asdığını» bildirib. Amma insan haqları müdafiəçisi Oqtay Gülalıyev quruma bloqqerin hansı şəraitdə ölməsinin qaranlıq qaldığını söyləyib.

Gülalıyevin sözlərinə görə, Qələndərov hökuməti tənqid edib və həbsə atılmış iki fəal -Bayram Məmmədov və Qiyas İbrahimovun azadlığa buraxılmasına çağırıb. Məmmədovla İbrahimov ötən ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə «Qul bayramınız mübarək!» yazdıqdan sonra saxlanıblar. Hər ikisi narkotik ittihamıyla 10 il həbsə məhkum edilib.

Mehman Qələndərov dəfn edilib
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

Qələndərova da narkotik ittihamı irəli sürülüb, yerli fəallar bu ittihamın saxta olduğunu deyirlər.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri heç kəsin hüquq və azadlıqlarından istifadəyə görə həbsə atılmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

XATIRLATMA

Narkotik ittihamı ilə saxlanan M.Qələndərov barəsində fevralın 7-də üç aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Bloqqerin aprelin 28-də intihar etdiyi söylənir. Onu aprelin 29-da ictimaiyyətdən gizli şəkildə dəfn ediblər.

M.Qələndərovun ölümü ilə bağlı Ədliyyə Nazirliyi Baş Prokurorluqla birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, M.Qələndərov aprelin 28-də ikinəfərlik 57 nömrəli kamerada yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb. Onun saat 13:30 radələrində - kamera yoldaşı yuxuya getdikdən sonra özünü asdığı bildirilib.

«Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib», – açıqlamada qeyd edilir.

Açıqlamada ilkin araşdırmalar zamanı M.Qələndərova təzyiq göstərilməsi, işgəncə verilməsi, hər hansı qanunazidd hərəkətlərə yol verilməsinin müəyyən edilmədiyi də vurğulanır.

Bloqqerin ölümü ilə bağlı müstəqil araşdırma aparan ictimaiyyət nümayəndələrindən ibarət Preventiv Cavab Qrupu (PCQ) baş prokuror Zakir Qaralova sorğu göndərərək, meyitin ekshumasiya olunmasını istəyib.

XS
SM
MD
LG