Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:31

Taliban qadın idmanını yasaqlayır


Əfqan qadınlar kriket oynayır, 2015-ci il, Herat
Əfqan qadınlar kriket oynayır, 2015-ci il, Herat

Taliban idarəçiliyi altında Əfqanıstanda ümumiyyətlə idmanın, eləcə də qadın idmanının gələcəyi müəyyən deyil

Əfqanıstanda qadınların populyar kriket oynamasına icazə verilməyəcək, digər idman növləri ilə məşğul olması da yasaqlana bilər. Bu haqda Avstraliyanın SBS ictimai televiziyası Talibanın mədəniyyət komissiyasının sədr müavininə istinadla xəbər yayıb.

“Qadınlara kriket oynamağa icazə veriləcəyini düşünmürəm, çünki onların kriket oynaması vacib deyil. Kriket oynayan zaman onlar elə bir situasiyaya düşərlər ki, bədənləri, üzləri örtülməyə bilər. İslam qadınların bu cür görünməsinə icazə vermir”, Əhmədulla Vasiq sentyabrın 8-də deyib.

Açıq vəziyyətdə görünərlərsə...

“Media erasıdır, fotolar, videolar çıxacaq, adamlar bunu görəcəklər. İsam və İslam Əmirliyi (Əfqanıstanı nəzərdə tutur- red.) qadınlara kriket oynamağa, yaxud açıq vəziyyətdə görünəcəkləri idmanla məşğul olmalarına icazə vermir”, – o, sözlərinə əlavə edib.

Taliban idarəçiliyi altında Əfqanıstanda ümumiyyətlə idmanın, eləcə də qadın idmanının gələcəyi müəyyən deyil. 1990-cı illərdə Taliban rejimi ölkədə əyləncə və idmanın bir çox formalarını yasaqlamışdı.

Vasiq ötən ay SBS-ə deyib ki, Taliban kişi kriketinə icazə verəcək və kişilərdən ibarət komandanın noyabrda Avstraliyaya sınaq yarışına getməsini təsdiqləyib.

Reaksiyalar

Ancaq “Kriket Avstraliya” son açıqlamadan sonra sentyabrın 9-da bəyan edib ki, qadınların oynamasına qadağa doğrudursa, noyabrın 27-dən başlanacaq sınaq yarışı keçirilməyəcək.

“Bizim kriketlə bağlı mövqeyimiz belədir ki, bu idman növü hamı üçündür və oyunu hər bir səviyyədə qadınlar üçün birmənalı dəstəkləyirik”, – idarəedici qurum bildirib.

Avstraliyanın İdman naziri Riçard Kolbek Talibanın qadınlara idman qadağası haqda qərarını kəskin pisləyib, Beynəlxalq Kriket Şurası (BKŞ) kimi qurumları reaksiya verməyə çağırıb.

“Talibanın qadınlara və onların individual haqlarına münasibəti beynəlxalq idman ictimaiyyəti tərəfindən qəbul edilməyəcək”, – o deyib.

BKŞ-nın sözçüsü SBS-ə deyib ki, qurum qadın kriketinə təhdidlərdən narahatdır və məsələ idarə heyətinin növbəti iclasında müzakirə olunacaq.

XS
SM
MD
LG