Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:38

Erdoğan Suriya qoşunlarının İdlibdən çıxmasına vaxt qoydu


Türkiyə bildirib ki, Moskvanın, Suriya hökumət qoşunlarının ölkənin şimal-qərbindəki İdlib qəzasındakı hücumlarını dayandırmasını gözləyir.

Fevralın 6-da Bakıda olan Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, Ankara Suriyada qiyamçıların son istinadgahı olan İdlib qəzasının problemini çözmək üçün Moskva ilə işləməlidir.

Fevralın 5-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriya hökumət qoşunlarının İdlibdən çıxarılması üçün fevralın sonunadək vaxt verdiyini deyib.

O bildirib ki, əks halda Türkiyə silahlı qüvvələri Suriya hökumət qoşunlarını bu ərazidən çıxarmağa başlayacaq.

Bundan əvvəl fevralın 3-də Suriya qoşunlarının İdlib qəzasında həyata keçirdiyi hücum zamanı 8 Türkiyə hərbçisi həlak olub.

Rusiya və İran 2011-ci ildən bəri 400 min insanın ölümünə səbəb olmuş Suriya vətəndaş münaqişəsində prezident Bashar al-Assadın rejiminə həlledici dəstək veriblər.

2015-ci ildə Rusiya bu münaqişəyə hərbi müdaxilə edəndə Assad rejimi çökmək ərəfəsində idi.

Bu münaqişədə qarşı duran tərəfləri dəstəkləyən Moskva və Ankara İdlibdə eskalasiyanı azaltmaq və burada hərbisizləşidirlmiş zona yaratmaq istiqamətində əlbir işləmək barədə razılaşma əldə ediblər.

Türkiyə Suriya qoşunlarını atəşə tutub

Çavuşoğlu deyib ki, Rusiya nümayəndə heyəti vəziyyəti müzakirə etmək üçün Türkiyəyə gəlməlidir və “zəruri” olarsa, prezident Recep Tayyip Erdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Bu arada Suriyadakı münaqişəni izləyən qruplardan biri bildirib ki, Türkiyə artilleriyası İdlibdə Saraqeb şəhərini qiyamçılardan almağa çalışan Suriya qoşunlarını atəşə tutub.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupu bundan bir gün əvvəl bildirmişdi ki, hava zərbələri ilə dəstəklənən Suriya hökumət qoşunları İdlib şəhərinin 15 kilometrliyində olan Saraqebi mühasirəyə aldıqdan sonra şəhərə daxil olub.

Rusiyanın bəyanatı

Rusiya Xarici İşlər Nazirliyi fevralın 6-da bildirib ki, yanvarın son iki həftəsində 1000-dən çox hücum əməliyyatı keçirən silahlılar İdlibin de-eskalasiya zonasında Rusiya və Türkiyə “hərbi mütəxəssislərini” öldürüblər.

Nazirliyin bəyanatında deyilir ki, “son günlər İdlibdə gərginlik qorxulu şəkildə artıb və Rusiya öz hərəkətlərini Türkiyə və İran tərəfi ilə ciddi koordinasiya edir”.

Fevralın 5-də ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Jeffrey deyib ki, Birləşmiş Ştatlar “İdlibdə Rusiya tərəfindən dəstəklənən hücuma görə “çox-çox narahatdır”.

Səfir deyib ki, Rusiya bu bölgədəki siyasətini dəyişməlidir.

Bu arada Suriya dövlət mediası xəbər verir ki, İsrail təyyarələri Dəməşq yaxınlığındakı hədəflərə zərbələr endirib.

Suriya müxalifətinin məlumatına görə, bu hücumda Suriya ordusunun və İranın dətəklədiyi qüvvələrin mövqeləri atəşə tutulub və 12 döyüşçü həlak olub.

İsrail bu xəbərləri hələlik təsdiq etməyib.

XS
SM
MD
LG