Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

Erdogan: Talibanla əməkdaşlığa açığıq


Türkiyə prezidenti Recep Tayyip Erdogan, 3 fevral, 2020
Türkiyə prezidenti Recep Tayyip Erdogan, 3 fevral, 2020

Türkiyədəki mənbələr bu həftə Reütersə bildirdilər ki, Talibanın Əfqanıstanda hakimiyyəti zəbt etməsindən sonra Kabildə xaos yarandığından, bu plan təxirə salınmışdı. Amma Ankara indi Talibana hava limanının qorunmasını və texniki yardım göstərməyi təklif etmək fikrindədir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan bildirib ki, Ankara hələ də Kabil hava limanının təhlükəsizliyini təmin etməyə çalışır.

Bu barədəReüters agentliyi avqustun 18-də məlumat yayıb.

NATO üzvü olan Türkiyə ordusunuin hazırda Əfqanıstanda yüzlərlə hərbi qüvvəsi var.

Ankara bu yaxınlarda Birləşmiş Ştatlara, beynəlxal koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kabil Hava Limanının qorunmasını təklif edib və bu barədə tərəflər arasında bir neçə dəfə müzakirə də olub.

Türkiyədəki mənbələr bu həftə Reütersə bildirdilər ki, Talibanın Əfqanıstanda hakimiyyəti zəbt etməsindən sonra Kabildə xaos yarandığından, bu plan təxirə salınmışdı. Amma Ankara indi Talibana hava limanının qorunmasını və texniki yardım göstərməyi təklif etmək fikrindədir.

Erdogan həmçinin televiziyaya müsahibəsində, Taliban hərəkatı ilə əməkdaşlığa hazır olduğunu bildirib və hərəkatın bugünədək mötətil bəyanatlarla çıxış etməsini alqışlayıb.

Qeyd edək ki, Taliban hərəkatının sözçüsü Zabihullah Mücahid bu günlərdə Kabildə keçirdiyi ilk mətbuat konfransında bildirib ki, onlar digər ölkələrlə sülh münasibətləri qurmaq və islam qanunları cərçivəsində qadın hüquqlarına hörmətlə yanaşmaq fikrindədirlər.

O həmçinin deyib ki, qadınların işləməsi və təhsil almalarına izn veriləcək və onlar İslam çərçivəsində cəmiyyətdə çox aktiv şəkildə iştirak edəcəklər.

Zabihullah Mücahid həmçinin bildirib ki, Taliban keçmiş əsgərlər və Qərbin dəstəklədiyi hökumət üzvlərindən qisas almaq fikrində deyil və onların hamısına amnistiya veriləcək.

Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib və Taliban paytaxt Kabili tutub.

Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

XS
SM
MD
LG