Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:14

Erdoğan Mir ödəniş sistemi ilə bağlı iclas keçirəcək


Mir kartları
Mir kartları

Türkiyə prezidenti Recep Tayyip Erdoğan sentyabrın 23-də Rusiyanın Mir ödəniş sistemi və bununla bağlı mümkün sanksiyaları müzakirə etmək üçün yüksək səviyyədə müşavirə keçirəcək.

Reuters yazır ki, bu barədə məlumatı məsələ ilə tanış iki mənbədən alıb.

Hökumət rəsmilərinin iştirak edəcəkləri bu müşavirədə Rusiya ilə bağlanmış sazişlər, İstanbul birjasında son vaxtlar yaşanan təlatüm və ümumən iqtisadi vəziyyət müzakirə olunacaq.

Türkiyənin iki özəl bankı – Denizbank və İşbank Vaşinqton Rusiyaya qarşı sanksiyalarını genişləndirdikdən sonra Rusiyanın Mir ödəniş sistemindən imtina edib.

NATO üzvünün Rusiya ilə bağları

NATO üzvü Ankara Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmayıb və həm Moskva, həm də Kiyevlə yaxşı münasibətlər saxlamağa çalışır.

Buna baxmayaraq Türkiyə Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib və diplomatik balans olaraq Kiyevə döyüş və kəşfiyyat dronları verib.

Bununla belə Qərb ölkələri Türkiyə və Rusiya arasında artan iqtisadi bağlardan və diplomatların dediyi kimi Putinlə Erdoğan arasında yaxın münasibətlərdən narahatdırlar.

Bundan əvvəl sentyabrın 22-də Rusiya Milli Kart Ödənişləri Sisteminin başçısı demişdi ki, iki bankın Mir sistemindən imtinasına baxmayaraq Mir ödəniş kartları hələ də Türkiyədə işləyir.

Rusiya Mərkəzi Bankı ötən həftə Mir kartlarını qəbul edən ölkələrin sayını artıracağını bəyan etmişdi.

Birjada təlatüm

ABŞ sanksiyaları təkcə Rusiyanı yox, həm də Rusiyaya bu sanksiyalardan yan keçməkdə kömək edən ölkə və şirkətləri hədəfləyir.

ABŞ Maliyyə Nazirliyi Türkiyənin böyük bizneslərinə məktub göndədərək onları Rusiya ilə riskli kommeriya münasibətlərdindən çəkinməyə çağırmışdı.

Bu həftənin əvvəlində ABŞ administrasiyasının vəzifəli rəsmilərindən biri demişdi ki, o daha çox Türkiyə banklarının Mir sistemi ilə işbirliyini dayandıracağını gözləyir.

Həmin rəsmi İşbank və Dənizbankın “ağıllı addım” atdılqlarını vurğulamışdı.

Ayrıca olaraq İstanbul birjasında iyuldan bəri dəyərini artıran bank səhmləri yenidən kəskin şəkildə ucuzlaşıb.

XS
SM
MD
LG