Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:05

Erdoğan Putinin qərarını ‘qəbulolunmaz’ adlandırıb


Bəyanatda deyilir ki, Ankara Moskvanın bu qərarını “rədd edir”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan özünün Qvineya-Bissauya səfərini təxirə salıb və NATO liderləri ilə virtual görüş üçün Afrikadan təcili olaraq vətəninə qayıdır.

Reuters Erdoğanın administrasiyasına istinadən bu görüşün fevralın 23-də keçiriləcəyini yazır.

NATO liderlərinin bu görüşdə Rusiyanın Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyini tanıması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcəkləri xəbər verilir.

Türkiyə prezidenti fevralın 22-də Moskvanın bu addımını qətiyyətlə pisləyən və onu “qəbulolunmaz” adlandıran bəyanat verib:

“Biz bu qərarı qeyri-məqbul hesab edirik. Biz tərəfləri sağlam düşüncə ilə və beynəlxalq qanuna uyğun hərəkət etməyə çağırırıq”.

Ankara "rədd edir"

Hürriyet qəzetinin yazdığına görə Erdoğan xatırladıb ki, Türkiyə XİN bu barədə artıq bəyanat verib.

Onun sözlərinə görə bu bəyanatda deyilir ki, Rusiyanın Ukraynada iki separatçı bölgəni tanınması Minsk Razılaşmalarına ziddir və Ukraynanın siyasi birlik və ərazi bütövlüyünün pozulmasına yönəlib.

Bəyanatda deyilir ki, Ankara Moskvanın bu qərarını “rədd edir”.

Erdoğan xatırladıb ki, Türkiyə bu böhranın lap əvvəlindən tərəflərə səmimi bir şəkildə öz vasitəçilyini təklif etmişdi.

Putinin Ukrayna separatçıları ilə bağlı qərarına Bakıdan reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

Türkiyənin öz tədbirləri var

Ukrayna prezidenti Volodimir Zelenskinin Almaniya və Türkiyənin iştirakilə BMT Təhlükəsizlik Şurası iclasının keçirilməsinə münasibəti barədə suala cavab verərkən Erdoğan Ankaranın bu tədbirə mütləq qatılacağını deyib:

“Mən bu barədə artıq öz niyyətimi bildirmişəm. Bu, əslində elə belə olmalıdır. Cənab Zelenskinin təklifi pozitiv təklifdir”.

Erdoğan bəyan edib ki, Qara dəniz ölkəsi olması bu məsələdə Türkiyənin üzərinə böyük məsuliyyət qoyur:

“Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Biz Qara dəniz ölkəsi olduğumuza görə bir sıra önləyici tədbirlər paketi hazırlanmalıdır. Biz artıq bu tədbirləri görmüşük və bunu davam etdirəcəyik”.

Türkiyə 1936-cı il tarixli Montrö Konvensiyasına görə Qara dəniz boğazları üzərində müstəsna nəzarətə malikdir və hərbi gəmilər boğazlardan Türkiyənin razılığı ilə keçir.

XS
SM
MD
LG