Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:43

Ermənistan XİN-i: “İsrail Ermənistana da silah satmağa hazırdır”


Shavarsh Kocharyan
Shavarsh Kocharyan

“Ermənistan Azərbaycanın əsas silah təhcizatçılarından biri olan İsraildən də silah ala bilər, sadəcə qiymətlər əl versə”. Bunu Ermənistanın xarici işlər nazirinin müavini Shavarsh Kocharyan iyulun 27-də jurnalistlərlə görüşdə deyib:

“İsrailin mövqeyi çox sadədir və açıq səslənib, onlar hamıya, o cümlədən bizə də silah satmağa hazırdırlar. Hərbi əməkdaşlıq sahəsində bizim öz formatımız var – bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Bundan başqa, müəyyən proqram çərçivəsində biz NATO ilə də əməkdaşlıq edirik”.

İyulun 26-da Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə İsrailin regional əməkdaşlıq naziri Tzachi Hanegbi Ermənistana üç günlük rəsmi səfər edib. Hanegbi yaxın keçmişdə İsrailin təhlükəsizlik və kəşfiyyat naziri olub. AzadliqRadiosunun Ermənistan xidmətinə verdiyi müsahibədə o bildirib ki, səfərinin məqsədi İsrail-Ermənistan münasibətlərinin möhkəmləndirilməsidir. Tzachi Hanegbi deyib ki, onlar artıq bir neçə sahə üzrə əməkdaşlığa dair sənədlər imzalayıblar. Hərbi sahədə mümkün əməkdaşlığa dair suala isə o cavab verməyib, qeyd edib ki, onun hərbi sahədə müqavilə və ya razılaşma imzalamaq səlahiyyəti yoxdur. O, həmçinin İsrailin Azərbaycana silah satması barədə də danışmaqdan imtina edib.

XİN-nin müavini Shavarsh Kocharyan jurnalistlərlə keçirdiyi görüşdə etiraf edib ki, Ermənistan-İsrail münasibətlərində çətinliklər var.

“Ermənistan İsrail xalqları arasında oxşarlıqlar çoxdu amma problemli suallar da az deyil. Ən əsası dialoqun olmasıdır, gərək dövlətlər bir-birindən təcrid olunmasınlar və bu istiqamətdə də lazımi addımlar atılır”, - deyə Shavarsh Kocharyan bildirib.

Qarabağ münaqişəsinə görə Azərbaycanla hərbi qarşıdurma şəraitində yaşayan Ermənistan Bakının İsrail və Rusiya kimi ölkələrdən silah almasına görə qarşı bəyanatlar verir. Amma hər iki ölkədən dəfərlərlə bildiriblər ki, onlar sadəcə normal dövlətlərarası alqı-satqı şərtləri əsasında Azərbaycana silah satırlar və bu, hansısa başqa ölkəyə qarşı yönəlməyib.

XS
SM
MD
LG