Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:38

Deputat: ‘Dörd dənə 'İskander' bizi vahiməyə salmamalıdır’


Rusiyanın İskander-M mobile raketləri
Rusiyanın İskander-M mobile raketləri

“Rusiya ordusunda o texnikadan yararlanmağı bacaran yetərincə erməniəsilli hərbçi var. Ermənistan ərazisindədirsə, “İskander”i götürüb ermənilərə vermək ikidəqiqəlik işdir... Nə çətin işdir? Müttəfiqdirlər...”.

Millət vəkili Rasim Musabəyov gündəmi zəbt edən bir məsələ - “İskander” raket komplekslərinin Ermənistanda hərbi paradın məşqlərində görünməsi barədə fikirlərini AzadlıqRadiosu ilə bölüşüb.

- Rasim bəy, sizcə, Rusiya Ermənistana belə bir silah veribmi?

"Ermənistan ərazisindədirsə, “İskander”i götürüb ermənilərə vermək iki dəqiqəlik işdir..."

- Ermənilər rəsmən heç dillərinə də gətirmirlər ki, bəli, bu silah bizə verilib. Rusiyanın hansısa KİV-inə istinadla deyirlər ki, ola bilsin, bu silah ermənilərə verilib. Nə vaxt verilib, hansı əsaslarla verilib? Bunun pulunu kim ödəyib? Bunlar hamısı açıq məsələlərdir. Düşünürəm ki, böyük ehtimalla, bu silah Rusiyanın ordakı hərbi bazasına məxsusdur. Nəzərə alaq ki, bunlar keçən dəfə də parada ruslarla bərabər çıxmışdılar. İndi bu silahı paradda göstərəcəklər, ancaq kimin nəzarətində olduğunu gizli saxlayacaqlar, yəni ikibaşlı oyundur və Azərbaycana xox gəlmək niyyətindədirlər. Əvvəlcə bunların nüvə silahı var, ya yox kimi məsələləri ortalığa atırlar, sonra bu raketlərin, lazım gələrsə, nüvə başlığı daşıya biləcəyini deyirlər. Məqsəd - Ermənistanın Azərbaycan qarşısında iqtisadi və demoqrafik, üstəlik, hərbi baxımdan acizliyini ört-basdır etməkdir. O səbəbdən, aprel toqquşmalarından sonra danışıqlarda Azərbaycandan mümkün qədər daha çox güzəşt qoparmaqdan ötrü bu cür üsullarla ermənilərə üstünlük qazandırmağa çalışırlar.

Rasim Musabəyov: ''İskander'i götürüb ermənilərə vermək iki dəqiqəlik işdir...'
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00
Direct-ə keçid

Buna da bax:​ Ermənistan hərbi parad keçirir

"Düşünürəm ki, böyük ehtimalla, bu silah Rusiyanın ordakı hərbi bazasına məxsusdur..."

-Yəni Dağlıq Qarabağ danışıqlarında vasitəçi olan Rusiya Azərbaycana psixoloji təzyiqlərə qatılır?

- Bəli. Ermənilərlə birgədirlər. Bizim torpaqlarımızın işğalında ermənilərlə yanaşı, Rusiya da iştirak edib. Və biz Rusiyanı vasitəçi libasında qəbul etsək də, çox gözəl anlayırıq ki, bu münaqişənin həlli istiqamətində Ermənistanla yanaşı, dolayı yolla Rusiyayla da danışıqlar aparırıq. Bundan qaçmaq mümkün deyil. Rusiya Gürcüstanın, Ukraynanın torpaqlarını açıq işğal edib. Moldovada - Dnestryanıda Rusiya qoşunları açıq şəkildə durublar.

- Amma Azərbaycan hakimiyyəti hər zaman Rusiya ilə müttəfiq, dost, qardaş olduğunu bildirir...

"Bəli, bizim torpaqlarımızın işğalında ermənilərlə yanaşı, Rusiya da iştirak edib".

- Deyək ki, düşmənimizdir, sonra nə? Kim gəlib arxamızda duracaq?

- Ancaq illərdir aparılan siyasət nəticəsində hələ də Bakı Moskvanı gerçək dosta çevirə bilməyib...

- İndi biz hər bir halda məsələnin həllinə çalışırıq, o cümlədən də rusları dilə gətirməyə, razılaşdırmağa. Bunun alternativi Ukrayna, Gürcüstan kimi açıq toqquşmaya getmək getməkdir. Onda nə qazanacağıq, arxamızda kim duracaq?

Buna da bax:​ Rusiya erməni hərbçilərinə pulsuz təhsil verir

"Təkrar edirəm, ermənilərin bu cür silah almağa pulu yoxdur, vəssalam".

- Dediniz ki, böyük ehtimalla “İskander” Rusiya hərbi bazasına məxsusdur. Bu ehtimalı çıxsaq, yerdə nə qalar?

- Fərqi nədir, silah Rusiyanındır, ya ermənilərin? Ermənilərin paradına çıxarılıb. Rusiya ordusunda o texnikadan yararlanmağı bacaran yetərincə erməniəsilli hərbçi var. Ermənistan ərazisindədirsə, “İskander”i götürüb ermənilərə vermək iki dəqiqəlik işdir...

- Yəni Azərbaycan əleyhinə rahatlıqla istifadə edə bilərlər?

"Nə mümkündür edirik. Rusiyayla da danışmalıyıq, ordumuzu da gücləndirməliyik".

- İstədikləri vaxt. Nə çətin işdir? Müttəfiqdirlər... Təkrar edirəm, ermənilərin bu cür silah almağa pulu yoxdur, vəssalam. Bunu Rusiya istədiyi vaxt təzyiq vasitəsi kimi istifadə etmək üçün müftə verib. Amma aydındır ki, pult Rusiyanın əlindədir.

Buna da bax:​ Ermənistan Azərbaycanın 'istənilən nöqtəsini vura bilən' silah alıb?- [Video]

- Bu durumda Azərbaycan nə etməlidir?

- Nə mümkündür edirik. Rusiyayla da danışmalıyıq, ordumuzu da gücləndirməliyik. Dörd dənə “İskander” bizi vahiməyə salmamalıdır. Ona nüvə başlığı yapışdırıb Azərbaycanı atəşə tutmaq ağlabatan deyil. Bu, dünya müharibəsinin başlanması olardı...

XS
SM
MD
LG