Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:45

Rusiya silah almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verir


Foto arxiv
Foto arxiv

Rusiya müasir silahlar almaq üçün Ermənistana 100 milyon dollarlıq yeni kredit verəcək.

Bu barədə oktyabrın 12-də Ermənistanın “Panarmenian” saytı məlumat yayıb.

Məlumata görə Ermənistan hökuməti oktyabrın 12-də kredit razılaşmasını təsdiqləyib.

Razılaşmaya görə bu kredit 20 il ərzində veriləcək ki, bunun 5 ili küzəştli qaydada illik 3% olacaq.

Ermənistanla Rusiya arasındakı kredit razılaşması əsasında tərəflər silahların göndərilməsinin vaxtı, qaydası, hərbi texnikalar və xidmət qaydaları barədə ayrıca müqavilələr imzalayacaqlar.

Ermənistan tərəfikreditdən 2018-2022-ci illər arası istifadə edəcək.

Buna da bax: Rusiya səfiri: "İsgəndər" Rusiya ilə Ermənistan arasında qardaşlıq rəmzidir

"Iskander" raketi
"Iskander" raketi

Ermənistan Rusiyadan silah almaq üçün ümumilikdə 2015-ci ildə Moskvadan 200 milyon dollarlıq kredit alıb.

Bu razılaşma əsasında Ermənistana «Smerç» sisteminə aid qurğular və sursat, «İqla-S» səyyar zenit raket kompleksləri, «Avtobaza-M» tipli yerüstü radiotexniki kəşfiyyat kompleksləri, 9М113М raketləri, zirehli maşınlar və rabitə vasitələri verilməlidir.

Buna da bax: 'Rusiya Azərbaycana hansı silahı verirsə, Ermənistana da onu verəcək'

XS
SM
MD
LG