Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:34

Facebook və Twitter Trampın hesablarını bloklayıblar


e
e

Facebook və onun Instagram tətbiqi ABŞ prezidenti Donald Trampın hesablarına qoyulan qadağanın müddətini uzadıblar.

Facebook şirkətinin rəhbəri Mark Zukerberqin yanvarın 7-də dediyinə görə, qadağan Trampın Ağ Evdə olacağı son iki həftəni də əhatə edəcək.

Twitter, Facebook və Snap bundan bir gün əvvəl Trampın seçkinin saxtalaşdırıldığına dair əsassız iddialarının önlənməsi məqsədilə prezidentin hesablarını müvəqqəti bağlamışdılar.

Yanvarın 6-da Trampın tərəfdarları prezidentin etdiyi çağırışlardan sonra Konqres binasına basqın ediblər.

Millət vəkilləri bu basqına görə Konqresin birgə sessiyasını dayandırmalı olmuşdular.

Buna baxmayaraq onlar sessiyanın işini gecə saatlarında bərpa ediblər.

Bu sessiyada prezident seçilmiş Co Baydenin seçki qələbəsi rəsmən təsdiqlənib.

ABŞ Konqresi Joe Biden-in prezident seçkisində qalibiyyətini təsdiq etdi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Yanvarın 20-də keçiriləcək inaqurasiyadan sonra Bayden ABŞ-ın 46-cı prezidenti olacaq.

Zuckerberg: Onun hesabını açıq saxlamaq risklidir

Zuckerberg qadağanların uzadılması barədə yazıb ki, Tramp bu platformalardan “demokratik seçilmiş hökumətə qarşı zorakı qiyamın qızışdırılması” üçün istifadə edib:

"Biz inanırıq ki, bu müddət ərzində prezidentə xidmətlərimizdən istifadə imkanının verilməsi böyük risklərlə bağlıdır”.

Yanvarın 6-da minlərlə Tramp tərəfdarının Konqresə hücumu zamanı dörd nəfər həlak olub.

Facebook rəhbəri daha sonra yazır:

“Son 24 saatın sarsıdıcı hadisələri aydın şəkildə göstərir ki, prezident Donald Tramp ofisdə qalan müddətini hakimiyyətin onun seçilmiş xələfi Co Baydenə dinc və qaydalı şəkildə ötürülməsini pozmaq üçün istifadə etmək niyyətindədir”.

Ömürlük qadağan hədəsi

3 noyabr seçkisindən bəri Tramp və onun tərəfdarlarının şikayət və iddiaları onlarla məhkəmə tərəfindən rədd edilib.

Trampı dəstəkləyən az sayda senatorun Baydenin qələbəsinin təsdiqlənməsinin qarşısını almaq cəhdləri iflasa uğrayıb.

Twitter yanvarın 6-da “təkrarlanan və ciddi pozuntulara” görə Trampın hesabını 12 saat müddətinə bağladığını bəyan etmiş və prezidenti həmişəlik qadağanla hədələmişdi.

Twitter habelə Konqres binasına zorakı basqının ardınca Trampın 88 milyon izləyicisinə ünvanladığı tvitləri silib.

Platforma bildirib ki, Tramp bu tvitləri silənədək onun hesabı bağlı qalacaq.

Demokratlar və əksər respublikaçılar Trampı “qiyam və çevrilişi” qızışdırmaqda ittiham ediblər.

XS
SM
MD
LG