Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:26

Fazil Mustafaya silahlı hücumla bağlı dörd nəfərin tutulduğu deyilir


Deputat Fazil Mustafaya silahlı hücum olub
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Deputat Fazil Mustafaya silahlı hücum olub

Deputat Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində dörd nəfər saxlanıb. Bu barədə "Turan"a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib. Onun deməsinə görə, Bakının bir neçə istiqamətində polis postlarının quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.

Fazil Mustafa əməliyyat olunub

"Fazil Mustafanın səhhəti normaldır". Bunu Fazil Mustafanın yaxınları bildiriblər. Onların deməsinə görə, deputat əməliyyat olunub: "Hazırda millət vəkilinin vəziyyəti yaxşıdır, müalicəsi davam edir".

DTX deputata silahlı hücumu terror sayır

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya silahlı hücumu terror olayı hesab edir.

Qurum bildirir ki, martın 28-də saat 21:51-də deputat Fazil Mustafaya qarşı Zabrat-1 qəsəbəsində yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib: "Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur".

DTX-nın İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə ona sui-qəsd) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah,… daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Fazil Mustafa əməliyyat olunub- Həkim Adil Qeybulla
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

+++

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb. Məlumatı Baş Prokurorluq yayıb.

Ayağından və çiynindən güllə yarası aldığı deyilir

"Deputat Fazil Mustafa yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib". Bunu "Turan"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib: "Hadisənin törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər axtarılır".

Əlavə olunub ki, deputatın vəziyyəti qənaətbəxşdir. Onun ayağından və çiynindən güllə yarası aldığı vurğulanır.

Fazil Mustafa haqqında

Fazil Mustafa 1965-ci ildə Naxçıvan şəhərində doğulub. 1986-cı ildə Bakı Dövlət Universitetinin (Azərbaycan Dövlət Univer­sitetinin ) Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.

O, xalq hərəkatında iştirak edib. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi (AXC) sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrində çalışıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın başqanı seçilib. 2005, 2010, 2015 və 2020-ci illərdə 3, 4, 5 və 6-cı çağırış Milli Məclisə seçkilərdə deputat seçildiyi açıqlanıb.

Fazil Mustafa 2008-ci ilin prezident seçkisində iştirak edib. Mərkəzi Seçki Komissiyası onun 2.43 faiz səs topladığını açıqlayıb.

XS
SM
MD
LG