Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:56

FIDE Rusiya və Belarus şahmatçılar üzərində qadağanı qüvvədə saxladı


Rusiyalı qrosmeystr İyan Nepomnyaşşi (solda) norveçli Maqnus Karlsenə qarşı neytral bayraq altında yarışır
Rusiyalı qrosmeystr İyan Nepomnyaşşi (solda) norveçli Maqnus Karlsenə qarşı neytral bayraq altında yarışır

Beynəlxalq Şahmat Federasiyası – FIDE Moskvanın Ukraynaya müdaxiləsinə görə Rusiya və Belarus şahmatçıları üzərinə qoyulmuş qadağanı qüvvədə saxlayıb.

Moskva FIDE-nin bu qərarına acıqlı reaksiya verərək bildirib ki, federasiya Qərbin təzyiqlərinə boyun əyməli olub.

Bu qərar FIDE-nin Baş Assambleyasının sentyabrın 22-də Budapeştdə keçirilən iclasında dəstəklənsə də, Rusiya və Belarus şahmatçılarına bəzi beynəlxalq yarışlarda iştirak icazəsi verən kompromis də qəbul olunub.

Bundan əvvəl Qırğızıstanın Rusiya və Belarus şahmatçıların üzərindən qadağanın qaldırılması üçün təşəbbüsü nümayəndələr tərəfindən rədd edilmişdi.

Kiyev, ABŞ Dövlət Departamenti, habelə 5 dəfə dünya çempionu Maqnus Karlsen də daxil bir çox oyunçular Rusiya və Belarus şahmatçılar üzərinə qoyulmuş qadağanı dəstəkləyirlər.

Ukraynaya müdaxilə üçün Rusiyaya öz ərazisindən istifadə icazəsi verən Belarus bir çox beynəlxalq idman yarışlarında iştirakdan məhrum edilib.

Kremlin sözçüsü Dmitri Peskov bu qərara reaksiya verərkən iddia edib ki, FIDE əslində Qərbin və Ukraynanın təzyiqlərinə boyun əyib.

"Təəssüf ki, FIDE idmanın, xüsusilə şahmatın siyasiləşdirilməsindən azad deyil”.

Neytral bayraq altında

Beləliklə assambleyadakı 40 nümayəndə heyəti Rusiya və Belarus şahmatçıları üzərindən qadağanın qaldırılmasının əleyhinə səs verib. Bu da xəbər verilir ki, iclasda 21 ölkənin nümayəndələri qadağanın tamamilə ləğv edilməsini dəstəkləyiblər. 27 ölkə bitərəf qalıb, ya da səsverməyə qatılmayıb.

Son nəticədə 66 ölkədən olan nümayəndələr FIDE-nin Rusiya və Belarusdan olan bəzi oyunçular və komandaların bəzi yarışlara buraxılmasını nəzərdə tutan kompromis xahişinin Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunması təklifini dəstəkləyib. Söhbət 12 yaşınadək uşaqların və əlillərin beynəlxalq yarışlara qatılmasına icazə verilməsindən gedir.

Hazırda FIDE Şurasına Rusiyanın keçmiş baş nazir müavini Arkadi Dvorkoviç başçılıq edir. O Rusiyadan və Qərbdən edilən təzyiqlərə müqavimət göstərməyə çalışır.

Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən Rusiya və Belarus şahmatçılarına, 2021-ci və 2023-cü illər çempionatlarında ikinciliyi qazanmış İan Nepomnyaşşiy də daxil beynəlxalq turnirlərdə neytral bayraq altında yarışmaq icazəsi verilib.

XS
SM
MD
LG