Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:57

Ukraynada Qərb tanklarını vuranlara pul mükafatı vəd olunur


Arxiv fotosu
Arxiv fotosu

Rusiya şirkəti Ukraynada qərb istehsalı tankları ələ keçirən, yaxud dağıdan ilk əsgərlərə beş milyon rubl (72 min dollar) pul mükafatı vəd edib. Bu haqda “Reuters” yazır. Bundan öncə Kreml Rusiya qüvvələrinin Ukraynaya göndərilən qərb tanklarının məhv ediləcəyini bildirib.

Kremlin hədəsi

ABŞ, Almaniya və Avropanın bir sıra ölkələri bir neçə aya Kiyevə onlarla müasir döyüş tankı göndərmək vədi veriblər. Məqsəd artıq 12-ci aya keçən müharibədə Ukrayna ordusuna dəstək verməkdir.

Kremlsə bu qərarı təhlükəli eskalasiya adlandırıb. Sözçü Dmtiri Peskov deyib ki, tanklar cəbhədə “yandırılacaq”.

Uralda yerləşən “Fores” şirkəti bildirib ki, Almaniya istehsalı Leopard 2 və ABŞ istehsalı Abrams tanklarını “ələ keçirən, yaxud dağıdan” rusiyalı hərbçilərə nağd pul mükafatı verəcək.

Şirkətin məlumatına görə, tanklardan birini vuran ilk əsgərə beş milyon rubl, sonrakı hücumlara görəsə 500 min rubl (7 min 200 dollar) pul verəcək.

Qırıcı təyyarə verilərsə...

“Fores” Rusiya rəsmilərinin, müharibəyönlü TV aparıcılarının dediklərini təkrarlayaraq bildirib ki, NATO Ukraynaya “limitsiz” silah göndərməklə münaqişəni qızışdırır. O həmçinin qərb istehsalı qırıcı təyyarənin vurulması üçün, Ukraynaya göndərilərsə, 15 milyon rubl (215 min dollar) vəd edib.

Sözügedən tanklar hələlik, Kiyevə göndərilməyib və çatdırılması bir neçə ay çəkə bilər.

Münaqişə başlayandan Rusiyanın müdafiə nazirliyi yüzlərlə Qərb texnikasını məhv etdiyini bildirib.

Kiyev isə bu bəyanatları rədd edib. Məsələn, Rusiya Ukraynaya göndəriləndən daha çox ABŞ istehsalı HIMARS sistemləri məhv etdiyini açıqlayıb.

HIMARS sistemləri Ukraynadakı müharibənin gedişatına təsir edib, Kiyev bir neçə sürpriz qələbə qazanıb, Rusiya qüvvələrini işğalın əvvəlində tutduqları bəzi ərazilərdən çıxarıb.

XS
SM
MD
LG