Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:50

Fransa Ermənistandakı Aİ qrupunun mandatının uzadılmasına çağırır


Fransanın xarici işlər naziri Katrin Kolonna
Fransanın xarici işlər naziri Katrin Kolonna

Fransanın xarici işlər naziri Katrin Kolonna dekabrın 6-da ölkənin Milli Məclisində keçirilən “hökumət saatı” zamanı Ermənistandakı Avropa İttifaqı missiyasının mandatının uzadılmasına çağırıb:

“İki ölkə arasında istər sərhəddə, istərsə də Dağlıq Qarabağda gərginlik qalmaqda davam edir və bu, Rusiyanın regiona gətirmək istədiyi təhlükəsizlik qarantiyalarına etimadın olmadığını göstərir. Bu kontekstdə Fransa və Avropa İttifaqı lap əvvəldən olduğu kimi Ermənistana dəstəyə tam qoşulmuş olaraq qalırlar”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşün nəticələrinə uyğun olaraq Ermənistana Aİ-nin müşahidə qrupunun göndərilməsinə dair qərar qəbul olunub.

Bu qrup oktyabrın 20-dən Ermənistan ərazisində sərhəd boyunca yerləşdirilib.

Bunu Makron Əliyevə və Paşinyana da deyib

Katrin Kolonna iddia edib ki, insidentlər yenə də baş verir, amma bu missiya eskalasiya riskini azaldıb və zərurət olduqda sərhəddəki situasiyaya nəzarət edir.

Fransa naziri bildirib ki, missiyanın mandatı buna ehtiyac olduğu müddətdə uzadılmalıdır:

“Bugünlərdə Brüsseldə və Vaşinqtonda sərhədin delimitasiyası və sülh müqaviləsinə dair yeni görüşlər keçirilib. Biz hesab edirik ki, bu imkan əldən buraxılmamalıdır. Bunu respublika prezidenti (Emmanuel Makron-red) Azərbaycan prezidenti İlham Əliyevə də, baş nazir Nikol Paşinyana da deyib. Mən də bunu vaxtaşırı öz həmkarlarıma deyirəm. Biz bu iki ölkə arasında sülhün bərpa edilməsi üçün səylərimizi davam etdirəcəyik”.

Ermənistanda pensiyaçı: 'Pulumuz ancaq ucuz yağa, makarona çatır'
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Xatırlatma

Bu il sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşmişdi.

Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onun ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırda Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır. Amma bununla bağlı, hələlik, hər hansı müqavilə bağlanmayıb.

Daha əvvəl iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliklə ATƏT-in Minsk qrupu məşğul olub. ABŞ, Fransa və Rusiya qurumda həmsədr olublar.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG