Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:30

"Səhər yuxudan durub gördük ki, qaz boruları yoxdu"


İllüstrasiya
İllüstrasiya

►“Gülçülük sovxozu”nun sakinləri niyə donur?

“Bu qədər problemlərin içərisində, kimə, hara müraciət edəcəyimizi bilmirik. Gəlib küçənin o başından qaz xəttini çəkib aparırlar, bu tərəfi isə heç saya da almırlar. Özüm şəkər xəstəsiyəm, körpə nəvələrim var. Bu qış soyuqdan qırıldıq. Uşaqları evdə saxlaya bilmədim, qohum evinə göndərdim”.

5 ildir ki, Maştağa qəsəbəsi, “Gülçülük sovxozu” kimi tanınan ərazidə yaşayan Qulu Fətəliyev deyir, buraya köçəndən mavi yanacağın rəngini görməyib. Ancaq tək onun yox, qonşuluğundakı onlarla ailənin də illərdir, məhəlləyə qaz çəkilməsi üçün döymədiyi qapı qalmayıb.

Sakinlərə dəfələrlə həmin ünvana qaz xətti çəkiləcəyi vəd edilsə də, hələ də qışı odunla yola veriblər:

“Odun da çox baha başa gəlir. Əvvəlki vaxt deyil. Hər şey bahalaşdıqca, odunun da qiyməti qalxır. Keçən il ayda 70-100 manata başa gələn odun bu qış ya tapılmadı, tapılanda da ikiqat qiymətə aldıq”.

___________________________________________________________

Bunlara da bax:
Dövlət İmtahan Mərkəzi hansı işləri görəcək
Azərbaycanlı sahibkar Tbilisidə aclıq etdiyini deyir

___________________________________________________________

“BU GÜN-SABAH ÇƏKƏCƏYİK”

Sakin deyir, qonşu küçələrə qaz xətti çəkilib. Yaxşı-pis, qaz da gəlir. Ancaq, nədənsə, onun yaşadığı məhəllə qazlaşdırılmır:

““Azəriqaz”a üç dəfə məktub yazmışam. Üçüncü məktubdan sonra bir müfəttiş gəldi, baxdı, “bu gün- sabah çəkəcəyik” deyib getdi”.

Ötən il qonşu küçəyə qaz xətti çəkiləndə sakinlər onların da məhəlləsinin qazlaşdırılacağını düşünüblər. Amma:

“Dedilər, “bu məhəllə ilə işləri bitirək, keçək sizinkinə”. Bir gün səhər yuxudan durduq, küçəyə çıxdıq, gördük ki, fəhlələr boruları yığışdırıb aparıblar. Hansı ki, söz vermişdilər ki, həmin boruları bizim məhəlləmiz üçün istifadə edəcəklər”.

BƏZİLƏRİ ÖZLƏRİ QAZLAŞDIRIB

Boş vədlərin nəticəsini gözləməyə səbri çatmayan bəzi sakinlər texniki şərt alaraq mənzillərini özləri qazlaşdırıb.

Ancaq Qulu Fətəliyev deyir, onun maddi imkanı buna yol vermir. Təqaüdçüdür, xəstədir, üstəlik, erkən həyatdan köçmüş övladının azyaşlı uşaqlarına baxır.

Sabunçu rayon qaz idarəsindən bildiriblər ki, “Gülçülük sovxozu” deyilən ərazidəki məhəllələrin çoxu qazlaşdırılıb:

“Məhəllələrin qazlaşdırılması 2014-2016-cı il üçün Dövlət Proqramına salınıb. Yaşayış sahəsi bütünlüklə qazlaşdırılacaq. Bu işlər mərhələli aparılır. Bəzən olur ki, bir küçənin bir hissəsi düşür, bir hissəsi ilin sonuna qalır”.

Qaz idarəsi vəd edir, Gülçülük sovxozunun sakinləri isə növbəti qışda gül kimi evlərində donmayacaqlarına ümidlənir.

Həmçinin dinlə:
Qəribə adam - Baba Mahmudoğlu ("İz" proqramı)

Intiqam Əliyev: "Həbsxananı qəbiristanlığa çevirmək olmaz" (Video)

XS
SM
MD
LG