Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:51

Ekspert: Keçmiş prezident qızına seçim verilib: ya pul, ya azadlıq


Gulnara Karimovanın bu portretini rəssam Mārtiņš Upītis çəkib
Gulnara Karimovanın bu portretini rəssam Mārtiņš Upītis çəkib

Özbəkistanda keçmiş prezident Islam Karimovun hazırda həbsxanada olan böyük qızı Gulnara Karimovaya daha 13 il 4 ay iş kəsilib.

Özbəkistan Ali Məhkəməsinın 18 mart tarixli qərarında deyilir ki, Karimova reketçilikdə, çirkli pulların yuyulmasında, başqalarının mülkiyyətinə qarşı qanunsuz hərəkətlərdə, habelə müxtəlif maliyyə cinayətlərində təqsirli bilinir.

Karimova ilə eyni gündə daha 5 nəfər barədə hökmlər çıxarılıb.

Ötən ilin martından bəri Daşkənd həbsxanasında olan Karimova ötən ay prezident Shavkat Mirziyoevə məktub yazaraq ona qarşı ittihamlara xitam verilməsi müqabilində ölkə büdcəsinə 686 milyon dollar ödəməyə hazır olduğunu bildirmişdi.

Özbəkistan Baş Prokurorluğunun məlumatında deyilir ki, Karimovaya qarşı yeni ittiham onun iki dövlət sement zavodunun səhmlərini qanunsuz alması barədə iddialarla bağlıdır.

O sonradan bu səhmləri xarici biznesmenə satıb.

47 yaşlı Gulnara Karimova İsveç və İsveçrədə aparılmış təhqiqatların nəticəsinə görə həm də çirkli pulların yuyulmasında ittiham olunur.

O 2014-cü ildə Daşkənddə ev məhbusu edilmişdi. O vaxt onun atası hələ prezident idi və bəzi müşahidəçilər İslam Karimovun bu addımı atmaqla qızını həbsxanadan xilas etmək istədiyini bildirirdilər.

Lakin atası 2016-cı ildə vəfat etdikdən sonra Karimova 2017-ci ildə 10 il müddətinə azadlqıdan məhrum edilmişdi.

Buna baxmayaraq keçmiş prezident qızı ev məhbusluğunda qalırdı.

Lakin o 2019-cu ilin martında ev məhbusluğunun şərtlərini pozduğuna dair iddialarla həbsxanaya keçirilib.

Bir vaxtlar: Islam Karimov (solda) rəqs edir, baş nazir Shavkat Mirziyoev əı çalır
Bir vaxtlar: Islam Karimov (solda) rəqs edir, baş nazir Shavkat Mirziyoev əı çalır

Əsl alver gedir

Şərhçilər vaxtilə Islam Karimovun baş naziri olmuş Mirziyoevin Karimovaya qarşı “bu qədər amansız” olması barədə suala cavab axtarırlar.

AzadlıqRadiosunun Rus xidməti bu sualla mühacirətdə yaşayan müstəqil özbək politoloq və dissident Kamoliddin Rabbimova müraciət edib. Bu da qeyd olunur ki, Rabbimov vaxtilə Özbəkistanın dövlət strukturlarında yüksək vəzifələr tutub:

“Gulnara Karimovanın başlıca problemi budur ki, o, artıq atasının bu dünyada olmadığını dərk etmir və özünü Islam Karimovun sağlığında olduğu kimi aparır. O vaxt atası qızını başqa dövlətlərdə ona qarşıirəli sürülmüş ittihamlardan himayə etmək üçün onu ev dustağı etmişdi”.

Kamoliddin Rabbimov
Kamoliddin Rabbimov

Politoloq bildirir ki, Özbəkistanın indiki iqtidarı ilə Gulnara arasında əsl alver gedir. Ona çox güman ki, dövlətə vurduğyu ziyanı tam ödəməsi, oğurlanmış pulları qaytarması tələbi qoyulub:

“Mən əminəm ki, burada söhbət bir neçə milyard dollardan gedir. Minimum 3-5 milyard dollardan. Amma o hələki Mirziyoevə bu pulların yalnız bir hissəsinin qaytarılmasını təklif edir”.

Politoloqun fikrincə Gulnara Karimovanın azadlığa çıxa bilməməsinin bir səbəbi də Karimovlar ailəsindəki tarixi ikitirəlikdir. Rabbimov deyir ki, bu ailədə həmişə iki tərəf olub. İslam Karimov və Gulnara bir komanda, onun anası Tatyana Karimova və kiçik bacısı Lola Karomimova isə başqa komanda olublar.

Gulnara Karimova anasını və bacısını daim kompromatlarla hədələyib və ona görə də ailəsi onun azadlığa çıxmasında maraqlı deyil.

Niyyətin hara, mənzilin ora?

Rabbimovun fikrincə, ikinci səbəb onun Mirziyoevə qarşı nümayiş etdirdiyi açıq hörmətsizlikdir: O yeni hakimiyyəti hələ də tanımaq istəmir.

Politoloq bildirir ki, Karimova yeni hakimiyyəti də onda olan informasiyalarla şantaj edir.

Kamoliddin Rabbimov əlavə edir ki, Shavkat Mirziyoyev mərhum prezidentin ailəsinin hörmətini saxlamağa çalışır:

“Mən bilirəm ki, Shavkat Mirziyoev Tatyana Karimovaya hörmətlə yanaşır. Ümumiyyətlə Özbəkistanda hakimiyyət indiyədək Islam Karimovun şəxsiyyəti barədə müstəsna olaraq hörmətlə danışıb. Bu, Özbəkistanın rəsmi xəttidir. Bəzən onun administrasiyası tənqid olunsa da, Karimovun adı çəkilmir. Hər il yanvarın 30-da, Islam Karimovun ad günündə dövlət səviyyəsində xatirə tədbirləri keçirilir. Tatyana Karimova da hər yerdə görünür, çoxlu müsahibələr verir...”

Bir vaxtlar atasının siyasi varisi hesab edilən Gulnara Karimova isə özünü siyasətçidən daha çox modelyer, dizayner və müğənni kimi görür, siyasətçilərin deyil, məşhurların çevrəsində görünürdü.

XS
SM
MD
LG