Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:36

Kaxa Kaladze: "Azərbaycan qazı Gürcüstana bəs eləmir"


Kakha Kaladze
Kakha Kaladze

-

Gürcüstanın Energetika naziri Kaxa Kaladze bildirib ki, bu gün Gürcüstanın Azərbaycandan aldığı qaz ölkənin ehtiyaclarını ödəmək üçün kifayət etmir və yaranan kəsir Rusiya qazı vasitəsilə doldurulur. Onun sözlərinə görə keçən illə müqayisədə bu il Gürcüstanın qaza olan tələbatı 19% artıb.

Nazir qeyd edib ki, Gürcüstanın qaza olan tələbatı ildə 2,5 milyard kubmetrdir. Bu qazın çox hissəsini ölkə Azərbaycandan alır. Rusiyadan aldığı qaz isə Ermənistana ötürülən qazın 10%-i qədərdir ki, bu da Gürcüstan ərazisindən tranzit kimi istifadə olunması müqabilində alınan haqdır.

"Bu gün SOCAR gündə altı milyon kubmetr qaz verir və bu boru kəməri ilə əlavə həcmdə qaz almaq fiziki olaraq mümkün deyil," deyə Kaladze bildirib.

2015-ci ilin sentyabrından bəri Tbilisi Rusiyanın "Qazprom" şirkəti ilə danışıq aparır.

Bu danışıqlar Gürcüstanda ajiotaja səbəb olub. Müxalifət və ekspertlərin bir hissəsi hakimiyyəti ölkənin enerji təhlükəsizliyinə mənfi təsir edə biləcək addımlar atmaqda ittiham ediblər.

Buna da bax: İran Gürcüstana qaz satacaq

XS
SM
MD
LG