Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:56

Gürcüstan müxalifəti iqtidarı Ukraynaya ‘zəif dəstəkdə’ ittiham edir


Gürcüstanda Ukraynaya dəstək aksiyalarından birində
Gürcüstanda Ukraynaya dəstək aksiyalarından birində

Müxalifət liderləri deyilər ki, hökumətin qətnaməsində “qardaş Ukrayna xalqının azadlıq və müstəqillik mübarizəsinə” real dəstək ifadə olunmur

Gürcüstanda, keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkatı da daxil, ana müxalifət partiyalarının liderləri milyarder Bidzina İvanişvilinin hakim Gürcü Arzusu partiyasını “Ukrayanya dair rüsvatyçı qətnamə” qəbul etməkdə ittiham edən kəskin bəyanatla çıxış ediblər.

Müxalifət liderləri deyilər ki, hökumətin qətnaməsində “qardaş Ukrayna xalqının azadlıq və müstəqillik mübarizəsinə” real dəstək ifadə olunmur.

Mixalifət siyasətçilərini ən çox bu qətnamədə potensial təcavüzkar və Ukraynanın müstəqilliyinə hədə kimi Rusiyanın adının çəkilməməsi qəzəbləndirib.

Bugünlərdə Gürcüstan parlamenti “Ukraynada mümkün hərbi eskalasiyaya dair qətnamə” qəbul edib.

Görünməyən bayraqlar

Lakin müxalifət bu qətnamənin səsverməsində iştirakdan imtina edib. Müxalifətin fikrincə belə bir sənəddə Rusiyanın adının mümkün təcavüzkar kimi çəkilməməsi qətnaməni tamamilə mənasız edir.

Qətnamədə Ukraynada “mümkün hərbi eskalasiya ilə bağlı narahatlıq” bildirilir, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bütün addımlar pislənir.

Gürcüstan parlamentinin qətnaməsində “suveren ölkələrin NATO-ya üzv olmaq hüququ” müdafiə olunur və bunun qarşısının alınması üçün göstərilən bütün cəhdlər “qeyri-məqbul” adlandırılır.

Buna baxmayaraq müxalifət diqqəti həm də belə bir məqama çəkir ki, Ukrayna deputatlarının Verxovna Radada keçirdikləri nümayişdə Gürcüstanın dövlət bayrağı görünməyib.

Onlar deyirlər ki, ukraynalılar adətən onların ölkələrinə real dəstək verən ölkələrə minnətdarlıq olaraq onların da bayraqlarını da qaldırırlar.

XS
SM
MD
LG