Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:14

Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun qəbul olundu 


Tbilisidə LGBT tədbirinə homofob hücumların birindən sonra
Tbilisidə LGBT tədbirinə homofob hücumların birindən sonra

Gürcüstan parlamenti ölkədə “LGBT+ təbliğatını” qadağan edən qanunu qəbul edib.

Bu barədə məlumatı Publika saytı və yerli teleqram kanalları yayıb.

Xəbər verilir ki, “Ailə dəyərləri və azyaşlıların müdafiəsi” adlı qanunlar paketini 84 deputat dəstəkləyib.

Paketin əleyhinə səs verən olmayıb. Müxalifət deputatları müddətini başa vurmaqda olan parlamenti boykot edirlər. Onlar iclasa gəlməyiblər və səsvermədə iştirak etməyiblər.

Qanun layihələrinə görə Gürcüstanda LGBT icmasının üzvü olan şəxslərə nikaha girmək və övladlığa götürmək, transgender keçidi çərçivəsində cərrahiyyə əməliyyatı olunmaq, sənədlərdə cinsiyyətə dair məlumatları dəyişdirmək, habelə LGBT barəsində məktəblərdə və mediada söhbətlər aparmaq qadağan edilir.

Hakim partiya sorğularda liderdir

Bundan başqa qanun layihələri kvir mövzulu toplanışları, o cümlədən populyar “Ləyaqət yürüşü” və başqa festivalları qadağan edir.

Gürcüstanda son illərdə belə tədbirlər homofobların hücumlarına məruz qalırdı.

Qanunlar paketinin qəbulu Avropa İttifaqında kəskin tənqid olunub. Gürcüstan hazırda bu blokda üzvlüyə namizəddir.

Beynəlxalq insan haqları təşkilatları da yeni qanun layihələrinin ölkədə LGBT+ icmasının diskriminasiyasına və təqibinə səbəb olacağından narahatlıq ifadə edirlər.

Gürcüstan prezidenti Salome Zurabişvilinin qanunlara veto qoyacağı gözənilir, lakin hakim “Gürcü arzusu” partiyası bu vetonu ləğv etmək üçün kifayət qədər parlament mandatına malikdir.

Gürcüstanda yeni parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Rəy sorğuları hakim “Gürcü arzusu” partiyasının lider olduğunu göstərir.

XS
SM
MD
LG