Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:55

‘Gürcüstanın AB ilə vizasız rejiminə heç bir təhlükə yoxdur’


David Zalkaliani,6 aprel 2020
David Zalkaliani,6 aprel 2020

"Gürcüstanın AB ilə vizasız rejiminə heç bir təhlükə yoxdur". Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Avropa Komissiyasının (EC) vizasız gediş-gəlişlə bağlı tələblərin yerinə yetirilməsi barədə hesabatını şərh edərkən deyib.

"Gürcüstanın AB ilə vizasız rejiminə heç bir təhlükə yoxdur". Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Avropa Komissiyasının (EC) vizasız gediş-gəlişlə bağlı tələblərin yerinə yetirilməsi barədə hesabatını şərh edərkən deyib.

İyulun 10-da Avropa Komissiyası Qərbi Balkan və "Şərq Tərəfdaşlığı" ölkələri (Gürcüstan, Moldova və Ukrayna) tərəfindən vizaların liberallaşdırılması tələblərinin yerinə yetirilməsini qiymətləndirən hesabatını açıqlayıb. Avropa Komissiyası hesab edir ki, ümumilikdə Tbilisi öz öhdəliklərini yerinə yetirməyə davam edir. Amma eyni zamanda, hesabat müəllifləri bir neçə ildir ki, Avropa ölkələrində Gürcüstan vətəndaşların sığınacaq müraciətlərinin sayının artmaqda davam etməsindən narahatlıqlarını ifadə ediblər.

"Novosti- Qruziya"agentliyinin məlumata görə, hesabat müəllifləri qanunsuz miqrasiya ilə yanaşı, Gürcüstanı korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı yüksək səviyyədə mübarizə üçün daha çox səy göstərməyə çağırırlar.

David Zalkaliani hesabatın Gürcüstanın uğurlarından bəhs edən hissəsinə toxunaraq deyib ki, Avropa Komissiyasının "Gürcüstan hökumətinin viza rejiminin liberallaşdırılması sahəsindəki qiymətləndirməsi görülən uğurlu işə daha bir nümunədir".

“Avropa Komissiyasının məlumatına görə, Gürcüstan hakimiyyəti vətəndaşların qanunsuz miqrasiyasının, habelə cinayət əməllərinin qarşısını almaq üçün vacib addımlar atıb.

Komissiya COVID-19 böhranı fonunda, o cümlədən sərhədlərin bağlaması və fövqəladə vəziyyət elan etməsi ilə bağlı Gürcüstan hökumətinin həyata keçirdiyi təsirli tədbirləri müsbət qiymətləndirir. Hesabatda Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrdə qalan vətəndaşların ölkələrinə qaytarılması məsələsi də yer alıb. Xarici işlər naziri bu məsələyə toxunaraq vurğulayıb ki, pandemiya döcvründə 13 mindən çox vətəndaş mütəşəkkil və mərhələli şəkildə vətənlərinə qaytarılıb.

XS
SM
MD
LG