Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:04

Xədicədən hökmə reaksiya - "Dəyər!"


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl 7 il yarım azadlıqdan məhrum edilməsi barədə məhkəmənin hökmünə dair ilk rəsmi reaksiyasını bildirib.

O, AzadlıqRadiosuna göndərdiyi dəyərləndirməsində qeyd edir ki, idealları üçün həbsxana həyatı yaşamasına heyfslənmir:

”Mənim məhkəmə hökmünə bir sözlə reaksiyamı soruşsalar - "Dəyər!"

Mən həqiqət üçün həbsdəyəm, insanların azad və firavan yaşamaq, həqiqəti bilmək haqqı bundan qat-qat artığına dəyər.

7 il yarım nədir ki? Məni qorxutmur. Siz də qorxmayın. Mən haqqında yazdığım korrupsionerlərdən daha zənginəm. Çünki uğrunda canımı belə əsirgəməyəcəyim dəyərlərim var.”

Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub. Bu il sentyabrın 1-də 7 il yarım azadlıqdan məhrum edib.

O, əvvəlcə başqasını özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs olunsa da, məhkəmə bu ittihamı ləğv edib. Amma hakim araşdırmaçı jurnalistə qarşı mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarını haqlı sayıb.

Jurnalistin özü, eləcə də yerli və beynəlxalq insan haqları təşkilatları bu ittihamları əsassız adlandırır, onun araşdırmalarına görə cəzalandırıldığını deyirlər.

Xədicə İsmayıl Azərbaycanda prezident və ailə üzvlərini qanunsuz biznes fəaliyyətində ittiham edən çoxsaylı jurnalist araşdırmalarının müəllifidir.

XS
SM
MD
LG