Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:37

Həbsdəki jurnalistlərin azadlığı gözlənilir


Səidə Qocamanlı
Səidə Qocamanlı

-

«Ötən ilin dekabrından fərqli olaraq, budəfəki əfvə təqdim etdiyimiz siyahıya daxil olanların azadlığa çıxacaqlarına çox böyük ümidlərimiz var».

Bunu İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü Səidə Qocamanlı gözlənilən əfv fərmanını modern.az-a şərh edərkən deyib.

«Əfv Məsələləri üzrə Dövlət Komissiyası kifayət qədər iş görüb, siyahı da ölkə başçısına təqdim edilib. Mən çox güman edirəm ki, hüquq müdafiəçiləri, İşçi Qrup tərəfindən baxılan, məsləhət görülən adlar da prezidentə təqdim edilən siyahıda olacaq. Ümidliyəm, həm də çox ümidliyəm ki, bu, olacaq», - deyə hüquq müdafiəçisi bildirib.

S.Qocamanlı Novruz ərəfəsində bir çox məhkum jurnalistin azadlığa çıxacağını qeyd edib.

«Bu, hələ ötən ilin dekabr ayında baş verməli idi. Amma müəyyən səbəblər üzündən bu məsələyə sədd qoyuldu. Amma indi hesab edirəm ki, artıq bu olacaq. Siyahımızda əfv ərizəsi yazanlar, digər tərəfdən özümüzün bildiyimiz, tanıdığımız, sənədləri bizə təqdim olunan xəstələrin adları qeyd edilib. Onların arasında elə şəxslər var ki, cəzalarının böyük hissəsini çəkiblər. İnanırıq ki, bu dəfə prezidentdən azadlığa çıxmasını xahiş etdiyimiz insanların, jurnalistlərin adı da əfv edilənlərin siyahısında olacaq. Konkret ad çəkmək istəmirəm. Çünki həmin şəxslərin adı siyahıda olmayanda ailələr məyus olur», - deyə S.Qocamanlı bildirib.

XS
SM
MD
LG