Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:11

Azərbaycan 3, Ermənistan 4 hərbçisinin həlak olduğunu xəbər verir (Video)


Teğ kəndi
Teğ kəndi

Azərbaycan 4 hərbçisinin yaralandığını açıqladı

Azərbaycan Müdafiə Nazirliyi aprelin 11-də Laçın rayonu istiqamətində yaralandıqlarını bildirdiyi hərbi qulluqçuların sayını da açıqlayıb.

Nazirliyin açıqlamasına görə, onlar tərəfdən 4 hərbi qulluqçu yaralanıb.

Ermənistan tərəfində 4 ölən, 6 yaralı var

Ermənistanın Müdafiə Nazirliyi aprelin 11-də baş vermiş atışmada 4 hərbçisinin həlak olduğunu, daha 6 hərbçinin yaralandığını bildirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatuyunun yazdığına görə nazirlik Azərbaycan tərəfində çox sayda ölən və yaralanan olduğunu xəbər verir.

Nazirlik bildirir ki, yerli vaxtla saat 20:30-da vəziyyət nisbətən sakitdir.

Azatutyun habelə Müdafiə Nazirliyinin Teğdə çəkdiyi videonu paylaşıb.

Azərbaycan 3 hərbçisinin həlak olduğunu bildirir

Azərbaycan Müdafiə Nazirliyi bugün, aprelin 11-də Laçın rayonu istiqamətində həlak olduqlarını bildirdiyi hərbi qulluqçuların sayını da açıqlayıb.

Nazirlik qeyd edib ki, “Ermənistan tərəfinin təxribatının qarşısını alarkən” Azərbaycan ordusunun 3 hərbi qulluqçusu həlak olub.

***

Azərbaycan ordusunun hərbi qulluqçularının həlak olduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bugün, aprelin 11-də məlumat yayıb.

Məlumata görə, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Nazirlik vurğulayır ki, “qarşı tərəfin törətdiyi təxribat nəticəsində” Azərbaycan ordusunun hərbi qulluqçuları həlak olub və yaralanıb:

"Hazırda ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür".

Amma rəsmi məlumatda, konkret neçə hərbi qulluqçunun həlak olduğu qeyd edilmir.

Bu açıqlamaya, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Azərbaycan XİN-in bəyanatı

Azərbaycan Xarici İşlər Nazirliyi də sərhəddə yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.

XİN-in açıqlamasında baş verənlər qarşı tərəfin təxribati kimi dəyərləndirilir.

Nazirlik hesab edir ki, “... Bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir.”

Hələlik, Azərbaycan XİN-in açıqlamasına qarşı tərəfin münasibəti bəlli deyil.

Ermənistan tərəfindən də ölən və yaralanan var

Ermənistanın Müdafiə Nazirliyi Ermənistanın Syunik vilayətindəki Teğ (əvvəlki adı Dığ - red) kəndi yaxınlığında atışma olmasını təsdiq edib.

“Aprelin 11-də saat 16:00 radələrində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin Teğ icmasında mühəndis işləri aparan hərbçilərinə atəş açıb. Erməni tərəfi cavab tədbirlərinə əl atıb. İlkin məlumatlara görə erməni tərəfindən ölən və yaralananlar var. Müdafiə Nazirliyi əlavə məlumatla çıxış edəcək”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın sonunda verdiyi məlumata görə Azərbaycan silahlı qüvvələri Kornidzor rayonunda, azı 5 yerdə 100-300 metr arasında Ermənistan ərazisinə müdaxilə edib.

Bundan sonra Ermənistan MTX bildirirdi ki, Ermənistan və Azərbaycan nümayəndələrinin sərhədin dəqiqləşdirilməsi üzrə işindən sonra burada vəziyyət yaxşılaşıb.

Azatutyun yazır ki, buna baxmayaraq Teğ kəndinin sakinləri Azərbaycan hərbçilərinin kəndin ərazisində olduqlarını və mühəndis işləri apardıqlarını bildirmişdilər.

Baş nazir Nikol Paşinyan Teğ kəndində yaranmış vəziyyətlə bağlı demişdi ki, buradakı 12 kilometrlik xəttin 7 kilometrində sərhədçilərin dislokasiya nöqtələri dəqiqləşdirilib və qalan hissə üzrə iş davam edir.

Erməni sakinlər kənddə tutulan azərbaycanlıdan danışdılar
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırıldı, Laçın dəhlizində (Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır.

Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG