Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:37

Hərbi xidmətdən yayınmaya görə cinayət işi açılıb


İllüstrativ foto
İllüstrativ foto

Vətəndaşların hərbi xidmət keçməkdən yayınmasını təşkil etməkdə günahlandırılan bir şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.

Baş Prokurorlugun məlumatına görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.

Açıqlamaya görə, Süleyman Qubadlı ( vəzifəsi açıqlanmayıb) adlı şəxsin 2022-2023-cü illərdə həmin qurumda işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərə yardım etməsinə şübhələr yaranıb. İddiyaya görə, o, pul alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair saxta nəticələrin əldə edilməsində şübhəli sayılır.

Süleyman Qubadlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələrilə təqsirləndirilir. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hələlik, rəsmi açıqlamaya sözügedən şəxs və onun vəkillərindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG