Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:35

Hizbullah necə bir təşkilatdır?


Hizbullah Livanın şiə icmasına güvənir
Hizbullah Livanın şiə icmasına güvənir

Hizbullah Livanın cənubuna nəzarət edən həm silahlı qrup, həm də siyasi partiyadır.

Hizbullah Birləşmiş Ştatlar tərəfindin terrorçu təşkilat kimi tanınıb, amma Avropa İttifaqında onun yalnız silahlı qanadı qara siyahıya salınıb.

Bu şiə qruplaşması İsrailin 1982-ci il müdaxiləsinə cavab olaraq Livan vətəndaş müharibəsinin xaosu zamanı yaranıb.

Hizbullahın İran silahlı qüvvələrinin qüdrətli İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən yaradıldığına inanılır.

Şiələrin çoxluq təşkil etdiyi İranın məqsədi Livanın şiə siyasi qruplaşmalarını və silahlı dəstələrini bir təşkilatda birləşdirmək idi.

İsraildə mənzillənmiş Milli Təhlükəsizlik Araşdırmaları İnstitutlundan araşdırmaçı Denni Sitrinoviç (Danny Citrinowicz) deyir ki, qruplaşma həm də İran tərəfindən çəkindirici element kimi yaradılıb:

"İran təşkilata İsrail və ABŞ-ı ona qarşı müharibədən çəkindirən faktor kimi baxır və buna görə də yorulmadan təşkilatın gücləndirilməsi ilə məşğul olur”.

“Texniki baxımdan ən qabiliyyətli terrorçu qrup”

ABŞ Dövlət Departamenti bildirir ki, İran Hizbullah döyüşçülərini silahlandırır və təlimləndirir, habelə milyonlarla dollar vəsaitlə dəstək verir.

Departament bundan əvvəl Hizbullahı dünyada “texniki baxımdan ən qabiliyyətli terrorçu qrup”adlandırmışdı.

ABŞ Milli Təhlükəsizliyinin məlumatına görə Hizbullahın 40 min civarında döyüşçüsü, habelə 150 min raketlik cəbbəxanası var.

İsrailin Müdafiə Qüvvələri bildirirlər ki, Hizbullah özünü “dünyanın an qüdrətli qeyri-dövlət aktoruna” çevirib.

Sitrinoviç bildirir ki, İran təşkilata əmrlərini diktə edə bilməz, lakin Tehran onun qərarlar qəbul etməsində “həlledici rol” oynayır.

Ekspert deyir ki, Hizbullah proksi qruplaşması yox, Yaxın Şərq strategiyasının hazırlanmasında Tehranın idarəedici partnyorudur.

Hizbullah İranın “müqavimət xətti” adlandırdığı şəbəkənin aparıcı elementidir.

Həsən Nəsrullahın liderlik etdiyi Hizbullah İranın proksiləri və Tehran tərəfindən dəstəklənən silahlı qruplaşmalarla əlaqələrini inkişaf etdirir, bu qruplara silah və təlim verir.

Sitrinoviç bu qənaətdədir ki, Tehran müqavimət xəttinə daxil digər qruplara nəzarət məsələsində Hizbullahdan “demək olar” asılıdır.

Hizbullahın iki İsrail əsgərini 2006-cı ildə oğurlaması İsraillə 34 günlük münaqişəni tətikləmişdi.

İsrail Livana hava zərbələri endirmiş və ölkənin cənubuna qoşun yeritmişdi.

Müharibə nüfuzunu qaldırsa da

Amma BMT-nin vasitəçiliyi ilə dayandırılmış bu müharibə Hizbullahın Livanda və regionda mövqelərini möhkəmlətmişdi.

Hizbullah Livanda siyasi baxımdan nüfuzlu oyunçu olaraq qalsa da, onun dəstək bazası Livanın şiə icmasının sərhədlərini aşmır.

Livanın xrtistian, druz və sünni müsəlman icmaları Hizbullahı ölkəni regional münaqişələrə sürükləməkdə ittiham edirlər.

Almaniyadakı Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları institutundan Həmidrza Əzizi israr edir ki, Hizbullah hazırda 2006-cı ildə olduğu nüfuza malik deyil.

Alimin fikrincə Hizbullahın nüfuzu bir sıra iqtisadi və siyasi qalmaqallara görə zəifləyib.

İsrailin qruplaşmanın bir çox vəzifəli komandanlarını ləğv etməsinə, onun silah cəbbəxanasını əhəmiyyətli dərəcədə zəiflətməsinə və təşkilatın kommunikasiyalarını pozmasına görə Hizbullah son vaxtlarda bir neçə dəfə zərbəyə məruz qalıb.

Ekspertlər deyirlər ki, qrup nə qədər zəifləsə də, onu hesabdan silmək tezdir.

Əzizi deyir ki, Hizbullah hələ də İsrailə əhəmiyyətli ziyan vurmaq qüdrətinə malikdir.

XS
SM
MD
LG