Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:21

'Onda gərək Azərbaycan İnternet deyilən şeyi ləğv etsin'


"Ümid var hələ". Şerif. Karikatura.
"Ümid var hələ". Şerif. Karikatura.

“Gərək Çin kimi nəhəng ölkə, yaxud İran kimi qapalı ölkə olasan ki, daxili İnternet məkanını yaratmağa çalışasan. Əgər burda hansısa texniki yolla sosial şəbəkələri tənzimləmək istəyi olacaqsa, onda gərək Azərbaycan İnternet deyilən bir şeyi ləğv etsin, yəni baltanı götürüb fiber optik şeyləri doğrasın və desin ki, ey dünya, mən nə sənin İnternetini istəyirəm, nə də yeni texnologiyalarını. Bunun qarşısını texniki cəhətdən almaq mümkün deyil”.

Ötən həftə, fevralın 17-də Milli Məclisdə vitse-spiker Bahar Muradovanın rəhbərliyi ilə media qurumlarıyla görüş keçirilib. Görüşdə KİV haqda qanunvericiliyə dəyişikliklərin müzakirə edildiyi bildirilir. Ancaq ortada konkret layihə, hələlik, yoxdur.

Buna da bax:​ 2020-də internet istifadəçilərinin sayı 4 milyarda çatacaq

Tədbirə dəvətlilərdən biri sosial mediada bununla bağlı narahatlığını ifadə etsə də, sonradan statusunu pozmalı olub. Həmin şəxs “ümumi tendensiyadan narahat olduğunu”, hər dəfə media ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüləndə “azadlıqların bir az daha qısıldığını” bildirirdi.

Adının açıqlanmasını istəməyən bir görüş iştirakçısı isə, onda olan məlumata görə, “yeni qanun layihəsi hazırlandığını, orda İnternet resursların azadlığını məhdudlaşdıran təkliflər olduğunu” söyləyir.

AzadlıqRadiosu bazar ertəsi – fevralın 20-də gün ərzində vitse-spiker Bahar Muradova və eləcə də, deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşovla müsahibəyə cəhd etsə də, bu mümkün olmayıb.

Buna da bax:​ KİV qanununa dəyişiklik gözlənir

Rəşad Məcidin görüş haqda dedikləri

Həmin görüşün iştirakçılarından biri, “525-ci qəzet”in redaktoru Rəşad Məcid tədbirdə sona qədər iştirak etməsə də, bunu daha çox media-parlament əlaqələri istiqamətində görüş sayır. Düzdür, o, qanuna dəyişiklikləri istisna etmir:

Rəşad Məcid: 'İnternet resurslar necə olmalıdır, KİV kimi tənzimlənməlidir? Bu suallara cavab axtarılır'
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
Direct-ə keçid

“Yeni media, onun necə tənzimlənməsi, qanunda necə əksini tapması təkcə bizim ölkədə yox, başqa ölkələrdə də ara-sıra müzakirə edilir. İnternet resurslar necə olmalıdır, KİV kimi tənzimlənməlidir? Bu suallara cavab axtarılır. Ola bilsin, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu da bəzi saytlara, internet resurslarına layihələr versin, onlarla işləsin. Bu saytlar necə seçiləcək, hansı saytlar etibarlı və ciddi mətbuat orqanıdır? Bununla bağlı müzakirələr gedir”.

Təşəbbüs müəllifi Əflatun Amaşovun dedikləri

Əflatun Amaşov
Əflatun Amaşov

Bu təkliflə ilk dəfə bu il yanvarın 19-da Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Əflatun Amaşov parlamentin İnsan hüquqları Komitəsinin toplantısında çıxış etmişdi.

Buna da bax: İnterneti tənzimləyən qanunlara dəyişiklik edilir

O, həmin gün AzadlıqRadiosu-na müsahibəsində, hələlik, “hər şey mücərrəddir, ortada dəqiq bir şey yoxdur” demişdi.

“Artıq Azərbaycanda ictimai rəy, əsasən, internet üzərindən yayımlanan KİV-lər vasitəsilə formalaşdırılır. İndi ölkədə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Həmin Fond yalnız yazılı media qurumlarını maliyyələşdirir... Olmazmı həmin saytları da Dövlət Fondu maliyyələşdirsin?” – deyən Amaşov bloqqerlərin fəaliyyətinə də toxunmuşdu:

“Onlar “Facebook” kimidir, “Twitter” kimidir, yoxsa daha müstəqildirlər? Əlbəttə, bloqqerlər daha çox müstəqildirlər, KİV-lərə, xəbər portallarına daha yaxındırlar. Biz onların da sərhədlərini müəyyənləşdirməliyik, necə yanaşmalı olduğumuzu bilməliyik... Məsələ ondadır ki, fəaliyyət göstərən hər bir qurumun hüquqi statusu olmalıdır. İndiki halda bloqqerlərin statusu qeyri-müəyyəndir, onlar sosial şəbəkə deyillər. Sosial şəbəkə insanların öz işləridir, neyləyirlər, özləri bilər”.

Buna da bax:​ Əflatun Amaşov: 'Sosial şəbəkələr ayrıca qanunla tənzimlənməlidir'

“Qanun elə əcaib şəkildədir ki...”

Görüşə dəvət edilməyən redaktorlar Mehman Əliyev və Elçin Şıxlı isə qanunvericiliyə yeni dəyişiklik təşəbbüsünü əbəs sayırlar. “İndiki media qanunumuz elə əcaib şəkildədir ki, indən belə ona hansı mürtəce əlavə, dəyişiklik etsələr belə, ümumi durum heç cür dəyişməyəcək”, – Elçin Şıxlı söyləyir.

Mehman Əliyev deyir ki, KİV haqda qanuna xeyli dəyişikliklər edilsə də, jurnalistləri başqa maddələrlə həbs edirlər:

Mehman Əliyev
Mehman Əliyev

“Əgər əvvəl narkotik ittihamıyla tuturdularsa, indi rüşvət ittihamıyla həbs edirlər. Özü də təsdiqlənməyən məlumatlar əsasında, ortada sübut olmadan. Diffamasiya haqqında qanun isə istifadə olunmur, əksinə başqa qanunlar istifadə edilir. Tendensiya budur”.

Mehman Əliyev: 'Vaxtilə Panama dosyesi haqda heç kim bilmirdi. Amma indi hər şey üzə çıxır'
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00
Direct-ə keçid

Buna da bax:​ Bloqqer bacılarının polisdə incidildiyini deyir

“Onda gərək Azərbaycan baltanı götürüb...”

Mehman Əliyevin sözlərinə görə, son 7-8 ildə qanun nə qədər sərtləşdirilsə də, fayda vermir, əksinə, internet resurslarında siyasi hakimiyyətlə bağlı tənqidlər də, ifşaedici materiallar da gün-gündən çoxalır, xalq jurnalistikası vüsət alır, ayrı-ayrı vətəndaşlar şahidi olduqları hadisələri çəkərək yayırlar. Onun fikrincə, texnologiya o dərəcədə sürətlə inkişaf edir ki, hakimiyyət istəsə də prosesə, internet resurslara nəzarəti artıra bilməyəcək. “Vaxtilə Panama dosyesi haqda heç kim bilmirdi. Amma indi hər şey üzə çıxır. Ona görə sabahı proqnozlaşdırmaq mümkün deyil və bu istiqamətdə mübarizə perspektivsizdir”, – Əliyev bildirir.

Elçin Şıxlı
Elçin Şıxlı

“Gərək Çin kimi nəhəng ölkə, yaxud İran kimi qapalı ölkə olasan ki, daxili internet məkanını yaratmağa çalışasan. Əgər burda hansısa texniki yolla sosial şəbəkələri tənzimləmək istəyi olacaqsa, onda gərək Azərbaycan internet deyilən bir şeyi ləğv etsin, yəni baltanı götürüb fiber optik şeyləri doğrasın və desin ki, ey dünya, mən nə sənin internetini istəyirəm, nə də yeni texnologiyalarını. Bunun qarşısını texniki cəhətdən almaq mümkün deyil. Bir serverdən mümkün olmasa, başqasından, fiber optik kabeldən olmayacaq, peyklərdən internetə çıxış olacaq”, – bunu da Elçin Şıxlı deyir.

Elçin Şıxlı: 'Bunun qarşısını texniki cəhətdən almaq mümkün deyil'
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00
Direct-ə keçid

Buna da bax:​ Jurnalist Elçin İsmayıllı həbs olunub

İstər Mehman Əliyev, istərsə də Elçin Şıxlı əmindirlər ki, jurnalistləri sıxma-boğma effekt vermir, onlar, ən pis halda, xaricdən fəaliyyətlərini davam etdirirlər. Onlar ölkədən kənarda yayımlanan “Azərbaycan saatı”nı, Meydan TV-ni örnək gətirirlər. Düzdür, bəzən hakimiyyət bundan da çıxış yolu tapır, mühacirətdə olan jurnalistlərin, bloqqerlərin yaxınları burda polis təqibi ilə üzləşirlər. Ancaq Elçin Şıxlı deyir ki, bunun da çarəsi tapılıb: “Qohumlar, sadəcə, doğmalarından imtina edilər”.

Buna da bax:

Azərbaycan prezidenti Panama Papers hesabatında...
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

XS
SM
MD
LG