Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:26

Hollande və Sargysan Krımın işğalına əks mövqelərini belə izah etdilər


Ermənistan prezidenti Serzh Sargysan (sağda) və Farnsa prezidenti Francois Hollande Yerevanda. 13 may 2014
Ermənistan prezidenti Serzh Sargysan (sağda) və Farnsa prezidenti Francois Hollande Yerevanda. 13 may 2014
Ermənistanda səfərdə olan Fransa prezidentinin Ermənistanlı həmkarl ilə görüşündən sonra “Fiqaro” qəzetinin müxbiri Ermənistan prezidentinə sual verib: necə oldu ki, Krımın Rusiya tərəfindən işğalını tanıyan nadir ölkələrdən biri arasında Ermənistan da var.

Serzh Sargysan suala “250 ilə yaxındır ki, biz Rusiya ilə dostluq edirik” – deyə cavab verməklə kifayətlənib və dərhal da Ermənistanın Gömrük ittifaqına qoşulması haqda danışıb. Sargysan bildirib ki, Ermənistan Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir, eyni təhlükəsizlik məkanındadırlar, bundan başqa, Rusiya Ermənsitanı sərfəli qiymətə enerji resursları ilə təmin edir.

Ermənistan prezidenti əlavə edib ki, Gömrük ittiaqına girmək hələ Avropa Birliyi ilə münasibətlərin tam kəsilməsi və ya dayandırılması deyil.

Krımın işğalı ilə bağlı “Fiqaro” müxbiri Fransa prezidentinə də verib. Soruşub ki, Francois Hollande Krımın Rusiyaya birləşdirilməsini şəxsən pislədiyi bir halda, Ermənistanın mövqeyi onu pərt etmir ki?

Fransa prezidenti bu qərarın müəyyən siyasi və coğrafi kontekstdə qəbul edilidiyini başa düşdüyünü bildirib. Deyib ki, Ermənistan Rusiya ilə münasibətlərinin qorunub saxlanmasına məcburdur.

“Mən mühakimə etmək istəmirəm, mənim vəzifəm başa düşməkdir, - deyə Hollande bildirib və əlavə edib ki, Avropanın Ermənistanın mövqeyinə necə reaksiya verməyini başa düşmək də onun vəzifəsidir.

Xatırladırıq ki, martın 19-da Rusiya prezidenti Putinlə telefon danışığında Serzh Sargysan bildirmişdi ki, Kırmda keçirilən referednum “millətlərin öz müqəddaratlarının sərbəst təyinetmə hüququnun reallaşmasına növbəti bir misaldır”
XS
SM
MD
LG