Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:50

'Heydər Əliyevin simvolik heykəli yıxılan aksiyada o aparıcı idi' [video]


Orduxan Teymurxanın polisdəki qohumlarından xəbər var
Gözlə

No media source currently available

0:00 0:14:17 0:00

Orduxan Teymurxanın polisdəki qohumlarından xəbər var [video]

Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Temirxan deyir ki, fevralın 18-də onun 14 nəfər ailə üzvünü, o cümlədən bacılarını polisə aparıblar.

Polisdən ona zəng gəlib, ondan tələb ediblər ki, Facebook-unu bağlasın, hökuməti tənqid eləməyi dayandırsın.

Orduxan Temirxan deyir ki, bu, ona siyasi təzyiqdir

46 yaşlı kiçik biznesmen Orduxan Temirxan Avropada Azərbaycan hakimiyyətinin əleyhinə olan aksiyalarda fəal iştirak edir. Məsələn, yanvarın 18-də, Berlində, Heydər Əliyevin simvolik heykəli yıxılan aksiyada o aparıcı idi.

Buna da bax: Mühacirlər Berlində Azərbaycan səfirliyi qarşısında aksiya keçirib [Video]

Hollandiyada yaşayan bloqqer Orduxan Temirxan deyir ki, Azərbaycan hökuməti ona təzyiq etmək üçün bacılarını polisə apartdırıb. Fevralın 20-də günün sonunda məlum olub ki, bloqqerin qardaşlarından biri polisdən buraxılıb. Daha bir qardaşı və bacısı oğlu isə, hələ də buraxılmayıb. Orduxan Temirxanın AzadlıqRadiosu-na bildirməsinə görə, qardaşına və bacısı oğluna 30 sutka inzibati həbs verilib. Onlar polisə müqavimətdə günahlandırılıblar:

“Apardığım bu siyasi yol, aktivlik, Azərbaycan hakimiyyətini doğrudan da narahat edir. Görünür ki, mənim Avropadan verdiyim xəbərlər, onların həyatını çəkib göstərməyim onları narahat edir”.

Suraxanı Polis İdarəsinin 32-ci polis bölməsindən bloqqerə zənglə bağlı məsələni aydınlaşdırmaq mümkün olmadı. Bölmədən AzadlıqRadiosu-na yalnız onu deyiblər ki, bloqqerin qohumları orda saxlanılmır.

Vəkil Elçin Sadıqov deyir ki, harda saxlanması barədə məlumat yoxdur.

Daxili işlər nazirliyindən isə telefon zənglərimizə cavab verən olmadı.

Buna da bax:​ Bloqqer bacılarının polisdə incidildiyini deyir

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, polis bloqqerin ailə üzvlərinə təzyiq edibsə, qanunu pozub.

"Təbii ki, bu, hüquq və azadlıqlara ciddi müdaxilədir və “Polis haqqında qanun”un 5-ci maddəsinə görə polislərin insanların hüquq və azadlıqlarına hörmətlə yanaşma öhdəliyi olduğu göstərilir".

Qohumların cəzalandırılması ilk dəfə deyil

İlk dəfə deyil ki, xaricdə yaşayan fəallar qohumlarının təzyiqlərə məruz qaldığını deyirlər. Polis sadəcə şübhəli olan şəxsi təqib edə, izləyə, həbs edə və ya polis şöbəsinə dəvət edə bilər. Amma onun yaxınlarının bu ya digər formada prosesə cəlb edilməsi yolverilməzdir.

Buna da bax: Hollandiyada 'Bütlər dağılacaq' aksiyası [video]

Məsələn, Meydan TV-nin direktoru Emin Millinin qaynı həbs olunub buraxıldı, qardaşları həbs olunandan sonra ata-anası şairə Günel Mövluddan imtina etdi. “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailə üzvləri həbsdədir.

Qəzetin müxbiri Natiq Ədilovun qardaşı Murad Ədilov həbsdədir.

"Oğul atanın, bacı qardaşın əməllərinə görə məsuliyyət daşımır"

Milli Şura sədri Cəmil Həsənli Orduxan Temirxanla bağlı yayılan xəbərə sərt reaksiya verib. Deyib ki, hətta XX əsrin ən böyük diktatoru İosif Stalin də demişdi ki, oğul atanın, ata oğulun, bacı qardaşın əməllərinə görə məsuliyyət daşımır, 10 minlərlə «xalq düşməni»nin uşaqları ali məktəblərdə oxuyurdu.

Buna da bax:​ Emin Millinin qaynının işi: "Olmaz axı belə şey"

Cəmil Həsənli deyir ki, Əliyev polisdən öz məqsədi üçün istifadə edir.

«Biz tez-tez müxtəlif rayonlardan belə məlumatlar alırıq. Hazırda belə hallar Azərbaycan polis orqanlarının adı iş metoduna çevrilib. İlham Əliyevin Azərbaycan xalqına vəd etdiyi hüquqi dövlətin əsl mahiyyəti bax, bundan ibarətdir».

Azərbaycan beynəlxalq hesabatlarda da tənqidi fikri boğmaqda günahlandırır. Azərbaycan rəsmiləri bunu təkzib edir, hər bir şəxsin öz törətdiyi əmələ görə mühakimə olunduğunu deyir.

XS
SM
MD
LG